Ermənistan tərəfi İlham Əliyevlə keçiriləcək görüşdən niyə imtina etdi?-ŞƏRH

Bölmə: Siyasət › ,
Tarix: 20:16 18.07.2024

Londonda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın Baş Naziri Nikol Paşinyan arasında görüş keçirilməsi nəzərdə tutulurdu. Belə ki, görüşün əvvəlində Britaniya Baş nazirinin iştirakı, sonra isə görüş Azərbaycan və Ermənistan arasında davam etməsi formasıda olmalı idi. Lakin Ermənistan tərəfi görüşdən imtina edib.

 

Ermənistanın bu görüşdən imtina etməsində səbəb nədir ?

 

Bu barədə politoloq Natiq Miri "informator.az"a açıqlama verib. O bildirib ki, Ermənistan rəhbərliyi Azərbaycan Prezidentinin sülh müqaviləsi ilə bağlı şərtini çox yaxşı bilir və bundan imtina etməyəcəyi gerçəyini də anlayır:

 

"Ona görə də, sadəcə, protokol xatirinə belə bir görüşün olmasında o qədər də maraqlı görünmür. Digər bir mövqedən yanaşsaq, həm də müxtəlifətin ittihamına rast gəlməmək üçün bu görüşdən imtina edilir. Bundan başqa Azərbaycanın konstitusiya dəyişikliyi tələbi indiki vəziyyətdə Ermənistanda mümkün görünmür, çünki yalnız 2026-cı ilin Dekabrda bu konstitusiyanın yeni mətinin hazırlanması ilə bağlı qərar var və bunun qəbul olunması artıq 2027-ci ilə düşür. Təbii ki, Nikol Paşinyan gözəl bilir ki, Azərbaycan bunu qəbul etməyəcək və bununla bağlı konkret şərtlər ortaya qoyacaq. Bundan başqa artıq ABŞ-la birgə yenidən Azərbaycana Qarabağbağdan öz xoşu ilə köçmüş ermənilər haqqında araşdırmalar başlanılıb. Guya, araşdırmanın nəticəsi bəlli olduqdan sonra dövlət departamenti bunu əsas götürərək növbəti addımını müəyyənləşdirəcək. Bütün bunlar Azərbaycana güzəştə getməsi üçün heç bir şərt qoymadan təcili qaydada yaxın aylarda Ermənistanla sülhə təhrik etməkdən ibarətdir, yəni bir tərəfdə təzyiq, digər tərəfdə ortalığa qoyulası konkret şərtlər var. Ona görə də Ermənistan tərəfi Azərbaycana qarşı növbəti təzyiqlərin nəticəsini gözləyəcək. Bu günə qədər artıq Ermənistan Azərbaycan dövlət rəhbərliyi ilə bağlı müəyyən gerçəkləri anlamalı idi".

 

Politoloq eyni zamanda Cənubi Qafqazdakı geosiyasi maraqlara da toxunub:

 

Əksinə biz görürük ki, bu gün Cənubi Qafqazda geosiyasi maraqları olan hər bir dövlət bu regionun ən həlledici ölkəsi ilə anlaşmaq məcburiyyətindədir. Əgər belə deyilsə, onda düşünürəm ki, heç bir uğur da əldə edilməyəcək. Bunu ABŞ anlamalıdır, təəssüf ki, öz inadından geri çəkilmir, buna görə də məhz nəticə də eyni olacaq. Bu ittihamların, təzyiqin də heç bir hüquqi nəticəsi olmayacaq".

 

 

Mayıl Soltanov