Kəlbəcərdə evakuatorda aparılan traktor aşıb

Bölmə: Hadisə › ,
Tarix: 15:18 09.07.2025

İyulun 9-da Kəlbəcərdə evakuator üstündə gedən ağır tonnajlı texnika aşıb.


"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, rayon ərazisində “Dayman” markalı evakuator hərəkətdə olarkən üstündə olan sepli yer qazan traktor aşıb.

 

Hadisə zamanı yer qazan traktorun sürücüsü aşan traktorun içində olsa da, xəsarət almayıb.

 

Traktorun yan şüşələri sınıb və kabin hissəsi əzilib.


Faktla bağlı araşdırma aparılır.