Şəxs özü olmadan ona etibarnamə verilə bilər? -RƏY

Bölmə: Sosial › ,
Tarix: 15:10 15.08.2024

Etibarnamə - bir şəxsın üçüncü şəxslər qarşısında digər şəxsə verdiyi vəkalət sənədidir. O, istənilən müddətdə verilə bilər. Əgər etibarnamə sənədində müddət göstərilməyibsə, o zaman etibarnamə təsdiq edildiyi vaxtdan etibarən bir il müddətində yararlı hesab olunur. Mülki məcəllə ilə bu cür tənzimlənir.

Bəs, şəxs özü olmadan etibarnamə verilə bilər?

Məsələ ilə bağlı hüquqşünas Esmira Rzayeva "informator.az"a açıqlamasında bildirir ki, etibarnamə alacaq şəxsin notariusa müraciət etməsi heç də, məcburi deyil:

"Etibar edən şəxs mütləq gedir, şəxsiyyət vəsiqəsini təqdim edir. Etibar ediləcək şəxsində şəxsiyyət vəsiqəsinin notariusa təqdim edilməsi kifayətdir".

Hüquqşünas Mehman Muradlı isə deyir ki, etibarnamə məsələsi birtərəfli əqd  sayılır:

"Mülki qanunvericilikdə də, birtərəfli əqd sayılır. Etibarnamə verilir, digər şəxsə öz adımızdan çıxış etməyi üçün, əməliyyatlar aparmağı üçün və yaxud da ev alqı-satqısı üçün, avtomobil alqı-satqısı üçün, girov qoyulması üçün yəni, hər hansı bir hərəkətlərin aparılması üçün verilən bir sənəddir. Bunun qarşılığında etibarnamə alan şəxs müəyyən bir muzd əsasında bu, işi görə bilər".

Nigar Səmədli