"Panik atak" nədir?-Həkim AÇIQLAYIR
Bölmə: Sosial › ,Tarix: 19:53 25.11.2024
Son zamanlarda cəmiyyət içərisində panik atak xəstəliyinə rast gəlirik, hansı ki, bu xəstəliyə kişilərə nisbətən qadınlarda daha çox rast gəlinir və adətən yeniyetməlik dövründə özünü göstərir.
Bəs panik atak nədir və həmin xəstələrdə hansı hallar müşahidə olunur?
Bu barədə həkim-cərrah Adil Qeybulla “İnformator.az”a açıqlamasında bildirib ki, əslində panik atak dediyimiz hal nevrotip bir durumdur:
“Bu hal həssas, karotit sinusunun zəif olduğu, sinir sisteminin zəif olduğu xəstələrdə baş verən haldır. Bu xəstələr xırda qıcıqlardan, ağrıdan, əvvəlcədən onları gözləyən hansısa hadisələrdən həyəcanlı vəziyyətə düşə bilərlər və bu da orqanizmdə müəyyən funksional dəyişikliklər yarada bilər. Buna ürək döyünməsinin tezləşməsi, hiperventilyasiya, bronxospazm, asfiksiya və s. kimi hallar aiddir. Buna görə də nevrotik haldır, nevroz vəziyyətidir".
Həkimin sözlərinə görə, bu hal sinir sistemində balansın pozulmasıdır və hesab edirəm edirəm ki, bu əsasən həssas xəstələrə aiddir:
" Və bütün tibbi prosedurlarda, istər stomatoloqlar, istər digər həkimlər bu xəstələrdən analiz toplayarkən hansısa bir ekstremal halların yaranması ehtimalını və onların vəziyyətini əvəlcədən nəzərə almalıdırlar”.
Nərmin Həşimova