"Ailə, böyük-kiçik, dostluq dəyərləri demək olar ki itib..."-Psixoloqdan ETİRAZ

Bölmə: Sosial › ,
Tarix: 20:38 15.08.2024

Sosial media demək olar ki, gündəlik həyatımızın bir parçasına çevrilib. Uşaqdan böyüyə hər kəs sosial media istifadəçisidir.

Bəs sosial media cəmiyyətin, xüsusi ilə də gənclərin psixologiyasına necə təsir edir?

Mövzu ilə bağlı ailə və uşaq psixoterapevti Aynur İsmayılova "informator.az"a açıqlamasında bildirib ki, sosial mediadan çox istifadə edən insanlar daha çox intranetliye meyilli olan insanlardır ki, sosial media istifadəçisidir amma demək olar ki, real sosiallıqdan uzaqlaşırlar:

"Xüsusilə gənclər sosial mediadakı fəaliyyətləri nə qədər genişdirsə, bir o qədər real sosial cəmiyyətdən uzaqlaşırlar. Çox vaxt sosial media hesabına olmazın hərəkətləri, fərqində olmadan cürbəcür işlər görürlər, kiminləsə düşmən olurlar. Sosial mediada məşhurlaşsınlar deyə bir çox gənclər artıq dəyərlərini itirib. Məsələn, böyük-kiçik, ailə dəyərləri, dostluq, yoldaşlıq dəyərləri demək olar ki, itib. Sırf sosial mediada daha çox fenomen olsunlar deyə bəzən real həyatdakı münasibətləri, davranışları pozulmağa başlayır".

Aləmzər İbrahimova