"Yay qripi": "Bu kimi hallarla qarşılaşan zaman..."-AÇIQLAMA
Bölmə: Sosial › ,Tarix: 14:32 16.08.2024
Son zamanlar ən çox rast gəlinən xəstəliklərdən biri də "yay qripi" adlanan xəstəlikdir.
Yay qripi nədir? Adi qripdən nə ilə fərqlənir?
Bu barədə həkim, infeksionist Ləman Qalimova "informator.az''a açıqlamasında bildirib ki, dənizə və hovuzlara getmək bu qripin yayılmasını sürətləndirir:
"Yay qripi adındanda bəllidir ki, əsasən yay aylarında yayılır . Dənizə, hovuza getmək yay qripinin yayılmasını çoxaldır. Simptomları əsasən qarın ağrısı, qusma, yüksək temperatur, hətta dirənçli temperatur olur, qızdırma salıcıların əksər hallarda bu temperatura təsiri olmur. Susuzlaşma kimi hallar baş verir ki, bədən həmin vaxtlarda mütləq şəkildə su ilə təmin olunmalıdır. Yaxşı olar ki, bu kimi xəstəliklərini artdığı bir dövrdə hovuz və dənizlərdən mümkün qədər uzaq dursunlar. Qidalanmaya diqqət etmək lazımdır. Bu kimi hallarla qarşılaşan zaman mütləq həkim, infeksionistlərə müraciət edilməlidir".
Aslanova Fatimə