Məşğulluğun təqaüdü niyə azalıb?-AÇIQLAMA

Bölmə: Sosial › ,
Tarix: 17:18 19.08.2024

Bildiyimiz kimi, Azərbaycanda məşğulluqdan qeydiyyatdan keçib peşə hazırlığına cəlb olunan şəxslərə minumum əməkhaqqı qədər təqaüd verilirdi. Daha sonra bu təqaüd minumum əməkhaqqının 50 faizi miqdarına gətirilirdi. Bəs bunun əsas səbəbi nədir?

Dövlət Məşğulluq Agentliyi "İnformator.az"a məsələnin mahiyyətini açıqlayıb:

"Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə “Məşğulluq haqqında” qanununa dəyişiklik edilib və dəyişiklər 12 avqust 2024-cü il tarixində qüvvəyə minib. Sözügedən qanunun 29.1-ci maddəsindəki dəyişiklik peşə hazırlığına cəlb olunan işsiz şəxsə verilən təqaüdün məbləği ilə bağlıdır və həmin məbləğ minimum əməkhaqqının 50 faizi miqdarında müəyyən edilib.

Dəyişiklər suisitifadə hallarının qarşısının alınması, resursların daha səmərli istifadəsi və formalaşan qənaət hesabına daha çox işsiz şəxsin peşə hazırlığına cəlb olunması və məşğulluğunun təmin olunması məqsədi daşıyır.

Mövcud qanunvericiliyə əsasən təqaüddən əlavə peşə hazırlığına cəlb olunan şəxslərin şəhərlərarası nəqliyyat xərcləri də kompensasiya edilir".

Hüseyn İlyasov