Ölkədən xaricdə yaşamaq üçün təməlli gedənlər niyə artır?-RƏY

Bölmə: Sosial › ,
Tarix: 17:41 20.08.2024

Azərbaycandan xaricə yaşamaq üçün gedənlər çoxalır. Düzdür, xaricdən Azərbaycana gəlib, yaşayanlar da var. Amma son illərdə Azərbaycanda gedənlərin üstünlük təşkil etdiyini görürük.

Bunun əsas səbəbləri nədir ?

Mövzu ilə bağlı "informator.az"a açıqlamasında sosioloq Lalə Mehralı bildirib ki, xaricə gedən insanların sayı qədər də fərqli səbəbləri var:

"Xüsusilə də, təhsilli insanlar gələcəyinə yatırım etmək istəyən insanlar, yəni təhsilinə çox kapital qoymuş insanlar minimum əməkhaqqına və yaxud bir az yuxarı maaşa qane olmaq istəmirlər. İllərlə təhsilinə kapital qoyub, pul xərcləyib, bir çox fərqlənmə sertifikatlarına sahibdir. Bunun üçün həmin insanların potensialı da var. Təhsili, dil bilikləri var. Özünü inkişaf proqramlarından istifadə edərək, özünə kapital qoyub, inkişaf etdirənlər də var. Əvvəlcə həmin insanlar getmək barəsində fikirləşir. Sənətkar kimi, işçi qüvvəsi kimi getmək də, var. Sənətkar kimi getmək, bir çox xarici ölkələr üçün çox əlverişli üstünlükdür. Əksəriyyətinin əmək bazarında bu cür işçilərə ehtiyacları var. Hər hansı bir kuryerə maaş ödəmək yerinə bənnaya, dərziyə, dəmirçiyə maaş ödəmək tərəfdarıdırlar. Bu, peşələr hər zaman ehtiyac olan, tələbat olan sahələrdir. Yaxşı sənətkar, yaxşı peşəçi heç bir zaman işsiz qalmır. Gedən kimi yaxşı şərait onları gözləmir. Müəyyən qədər əziyyət çəkirlər. Güzəranlarını qurana qədər, çevrələrini formalaşdırana qədər, özlərinə münasib şəraiti yaradana qədər, uyğun şəraitə alışana qədər əziyyət çəkirlər. Hər əziyyətin də, nəticəsi olur. Əziyyət hər yerdə var. Dünyanın hər bir ölkəsində əziyyət var, dolanmaq çox da, asan deyil".

Nigar Səmədli