Xəzərin sahilindəki plastik qranulları kim yayıb?-RƏY
Bölmə: Sosial › ,Tarix: 19:42 21.08.2024
Dəniz sahili günlərdir, yarım fabrikat plastik dənəciklərlə çirklənib. Xəzər dənizinin Türkan qəsəbəsi hissəsində sahil boyu plastik qranullar yayılıb.
Bu plastik qranulların mənşəyi hardan gəlir? Hansı tədbirlər görülməlidir?
Məsələ ilə bağlı ekoloq Rövşən Abbasov "informator.az"a açıqlamasında bildirib ki, Xəzər dənizi kifayyət qədər böyük su hövzəsidir. Bu səbəbdən plastik dənəciklərin haradan gəldiyini müəyyən etmək çox çətindir:
"Ehtimal etsək bu şimal tərəfdən gələ bilər. Çünki şimalda məhz bu cür istehsallar daha yayğındır. Görünür ki, hansısa bir qəzanın nəticəsidir.
Bunlar kifayyət qədər ciddi çirklənmə növləri hesab olunurlar. Mikro plastiklər istənilən zaman dənizdə yaşayan heyvanların, balıqlar, suitlərin mədəsinə düşüb mənfi fəsadlar verə bilər. Ona görə bu cür çirklənmələrin qarşısını almaq üçün Xəzər yani ölkələr hammısı bir araya gəlməldirlər və müxtəlif ekoloji planlar vasitəsi ilə oxşar halların baş verməsinin qarşısını almalıdırlar".
Ekoloq plastik qranulların ekologyaya ziyanından danışıb:
"Xoş hal hesab etmək olar ki, bunlar plastikdirlər və suda üzürlər, həmçinin ölçüləri də olduqca kiçik deyil. Plastiklər sahilə çıxan anda təmizlənməlidir.
Bu cür plastikləri sahildə qoymaq olmaz, çünki daha hündür dalğalar gəldiyi zaman onlar yenidən dəniz suyuna qarışıb gedə bilərlər.
Xəzər dənizinin ekologyasının qorunması haqqında dövlət arasında müxtəlif razılaşmalar var. Hətta bu barədə Prezident İlham Əliyev Vladimir Putinlə görüşündə bu məsələyə toxunub.
Xəzər hövzəsində yerləşən ölkələrin özlərinin mütəmadi görüşləri var.
Və bu cür fəaliyyətlər davamlı olaraq həyata keçiriləcək".
Elnurə Kərimova