COP29 ərəfəsində quru sərhədlər açılacaq?-AÇIQLAMA

Bölmə: Sosial › ,
Tarix: 11:09 22.08.2024

Bildiyimiz kimi, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 bu il 11-22 noyabrda Azərbaycanda keçiriləcək. Tədbirdə müxtəlif ölkələrdən 80 minə yaxın qonağın iştirakı gözlənilir.

COP29 ərəfəsində quru sərhədlərin açılması gözlənilirmi ?

Bu barədə "İnformator.az"a açıqlamasında turizm eksperti Rəhman Quliyev bildirib ki, 2020-ci ildən Pandemiyadan bəri quru sərhədlərin bağlı olması təbii ki, Azərbaycandan kənara gedən, turistlərin Azərbaycana gələn turistlərin sayında müəyyən qədər məhdudiyyətlər yaradıb:

"Pandemiya dövründə quru sərhədlərin bağlı olması sağlamlığımız üçün ən mühüm addım idi. Sərhədlərin bağlı olması yoluxmanın qismən az olmasına zəmin yaratdı. Pandemiya tam olaraq aradan götürülməyib. İnsanlar artıq pandemiyanı unudub, amma bu, hər an geri qayıda bilər. COP29-la əlaqədar olaraq, quru sərhədlərin açılması gündəmdə olmayacaq. Hər şeydən əvvəl bizim təhlükəsizliyimiz önəmlidir. Təbii ki, burada söhbət sağlamlıq təhlükəsizliyindən gedir. Azərbaycana gələcək 80 min tədbir iştirakçısı yəni, bir az da, artıq gözlənilir. Bu, müxtəlif zamanlarda COP29-un başlama ərəfəsində bir neçə gün ərzində gələcəklər. Hesab olunur ki, quru sərhədlərin COP29 zamanı bağlı olması bizim üçün heç bir çətinlik olmayacaq".

Nigar Səmədli