Bilinməyən psixoloji narahatlıqlar və əlamətləri-Psixoloq AÇIQLAYIR

Bölmə: Sosial › ,
Tarix: 22:53 22.08.2024

Son dövrdə stress çox insanın həyatında var və günlük həyatımızda fərqli stress qaçılmazdır. Həmçinin psixoloji narahatlıqlar da müxtəlifdir.

Bəs, bunun əlamətləri və müalicə metodları nələrdir?

Mövzu ilə bağlı psixoloq Gülnar Orucova "informator.az"a açıqlamasında bildirir ki, bəzi psixoloji narahatlıqlar var ki, insanlar onları nə psixoloji narahatlıq, nə də xəstəlik kimi qəbul etmirlər:

"İnsanın həyəcanlanarkən  və yaxud da hər hansısa bir hadisədən narahat olarkən əllərinin əsməyi tərləməsi davamlı olaraq əllərinin içi sulu, nəm, tərli olur. Gözünün üstünün atması, hirslənən zaman özünü itirməsi, danışığını kəkələyərək nitqini ifadə etməsi, kütləvi nəqliyyatda səbəbsiz yerə qəzəblənməsi, gərginləşməsi, davamlı olaraq qaranlıq otaqda oturması, sürücünün işıqforda ani anda qırmızı işığın yanmasına qeyri-adi reaksiya verməsi psixoloji narahatlıqların yaranmasının faktorlarıdır. Passiv həyat keçirmək özü psixoloji narahatlıqlardır. İnsan öncədən psixoloji narahatlıqlarını qəbul etməlidir ki, sonra düzəldə bilsin. Psixoloji narahatlıqlar müalicə olunmalıdır. Əks halda insanda psixoloji xəstəliklərə yol aça bilər. Bu halda insanlar həkim məsləhəti ilə dərmanlar və yaxud da psixoloq müainələrindən və terapiyalarından keçməlidir. İnsanlar gündəlik həyatlarında aqressiv deyil, pozitiv olmağa çalışmalıdırlar".

Nərgiz Orucova