Qeydiyyatdan keçə bilməyən taksi sürücülərini bu güzəştlər gözləyir...-AÇIQLAMA

Bölmə: Sosial › ,
Tarix: 15:31 23.08.2024

Bakıda taksilərin sayı iki dəfə azalıb. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin açıqlamasına görə, hazırda paytaxtda 35000 taksi fəaliyyət göstərir. Xüsusi hazırlıq keçmiş və şəhadətnamə almaq istəyən taksi minik avtomobili sürücülərinin imtahan üçün qeydiyyatı başa çatıb. Bu günədək taksi fəaliyyəti üçün 13356 "Buraxılış kartı" alınıb.

Bəs, qeydiyyatdan keçə bilməyən sürücülər üçün hansısa güzəştlər tətbiq ediləcək ?

Bu barədə "İnformator.az"a açıqlamasında nəqliyyat eksperti Aslan Əsədov bildirib ki, buraxılış vərəqələrinin verilmə qaydaları, istifadə müddəti və bu kimi hallar nəqliyyat vasitələrinin idarə olunması zamanı meydana çıxan əsas suallardan biridir:

Bu gün nəqliyyat vasitələrini idarə edən şəxslərin özünəməxsus dərəcədə nə qədər nəqliyyat vasitəsini sərbəst idarə edə bilir, bu, yol hərəkəti haqqında qaydaları, qanunu, şablonu necə mənimsəyir ?

Nəqliyyat vasitələrinin özünəməxsus idarə edilməsinin əsas məqsədlərindən biridə, müəyyən dərəcədə insanların bu və digər formada taksi sürücülərinin imicini bərpa etmək, əvvəlki, hörmət və sədaqət rəmzini taksilərə yenidən qaytarmaq vacib elementlərdən biridir. Bu gün nəqliyyat vasitələrinin idarə edilməsi zamanı mütləq insanlar özləri və digər şəxslərin həyatları üçün riskə gedəcək hər hansısa bir prosedür qaydalarını etməsinlər. Daha çox qəza şəraitindən yayınmaq bu, kimi proseslərdən yan keçmək kimi addımların atılması vacibdir. Bu, qədər müraciət varsa, mütləq baxılacaq. Sadəcə zamana ehtiyac var. Müəyyən zamandan sonra tələbatlara uyğun keçdikləri müraciətlərə əsasən baxılacaq. Onların istifadə şərtləri asanlaşdırılacaq. Bu kimi amillər mütləqdir. Gələcəkdə bunların nəzərə alınması birmənalı olaraq, qaçılmazdır".

Nigar Səmədli