"Bu uşaqları ciddi şəkildə monitordan uzaq tutmaq lazımdır"-Psixoloq AÇIQLAYIR
Bölmə: Sosial › ,Tarix: 16:00 23.08.2024
0-3 yaş beyin inkişafı üçün ən əsas mərhələlərdən biridir. Bu, dönəmdə uşaqların ən çox oyuna və ünsiyyətə ehtiyacı olur. Amma əksər valideynlər çox kiçik yaşlardan uşaqlara monitor qarşısında olmağa icazə verirlər.
Monitordan istifadə neçə yaşlardan daha uyğundur? Monitordan asılılığın uşaqların inkişafına mənfi təsirləri nələrdir ?
Mövzu ilə bağlı "informator.az"a açıqlamasında ailə və uşaq psixoloqu Aynur İsmayılova bildirib ki, bir uşaq doğulandan artıq inkişafa başlayır:
"Uşağın beyni inkişaf edir, fiziki cəhətdən inkişaf etməyə başlayır. Bir yaşında süddən ayrılan uşaq artıq sərbəst qaşıq tutmağı özü üçün vəzifə bilir. Bəzən valideynlər ətrafı çirkləndirər deyə, buna icazə vermirlər. Özləri də işlərinin müqabilində 1 yaşda olan uşağı monitor qarşısına, telefon qarşısına otuzdururlar. Fərqində olmurlar ki, bu uşaqlar gələcəkdə ümumiyyətlə, diqqət əskikliyi, diqqət dağınıqlığı yaşayan, eyni zamanda özünə qapalı aqressiv uşaqlar olacaqlar. Uşaq böyüdüyü müddətdə, ən çoxda 3 yaşına qədər konkret sürətdə ata-anasıyla birbaşa danışıq ünsiyyətində olmalıdır ki, uşaq özünü dərk edə bilsin. Eyni zamanda uşaq valideynlərinin pozitiv reaksiyalarının şahidi olsun. Emosional olaraq ana, ata desə, üzünə dönən ana-ata simasının cavabını alsın. Monitor qarşısında oturan uşaqlar çox təəssüflər olsun ki, bundan məhrumdurlar".
Psixoloqun sözlərinə görə, uşağın monitor qarşısında inkişafından demək olar ki, danışmaq olmaz:
"Uşaqlar filmlərin, oyunların sürətinə öyrəşdikdən sonra, prosesin tez-tez nəticəyə çatması, bunun həyatda uşaq nəticəsini görmür. Yəni, həyatda hər şey aşağı sürətlə, insanlara uyğun sürətlə baş verir. Bu zaman uşağın beynində konflikt yaranır, daha çox monitora üstünlük verməyə başlayır. Əksər, uşaqların diqqəti də, bu, səbəbdən dağınıqdır. Bunun olmaması üçün 0-3 yaş uşaqları tam ciddi şəkildə, monitordan uzaq tutmaq lazımdır".
Nigar Səmədli