İlhan Palut: Çox pis bir axşam keçirdik!

Bölmə: İdman › ,
Tarix: 11:43 26.08.2024

Rizesporun baş məşqçisi İlhan Palut Fənərbaxça matçının ardından açıqlama verib.

Superliqanın 3-cü həftəsində "Fənərbaxça"ya 5:0 hesabı ilə uduzan "Rizəspor"un  baş məşqçisi İlhan Palut açıqlama verib.

Məyus olduqlarını bildirən İlhan Palut bunları söylədi:

"Məyus olduq. "Fənərbaxça" təsirli oldu mu oldu. Axı onlar yaxşı komandadırlar, amma bizdə qarşılıq verdik. Gərgin oyun oldu. Bundan sonra 12 dəqiqə ərzində 4 qol buraxdıq, qalanı başqa hekayədir. Qol buraxa bilərik ,amma bu qədər kövrək olmamalı idik . Bu anlaşılmaz bir durumdu onlar. Futbol nizam-intizam oyunudur. Qabaqda ola bilərdik, geridə də ola bilərdik, amma nizam-intizamı qorumalı idik. Çox kövrək davrandıq. 53-cü dəqiqəyə kimi komandamın oyunundan razı qaldım. Bundan sonra baş verənlər bizim üçün izaholunmaz mənzərə oldu. Bu, bizi yolumuzdan döndərməyəcək. Hər şeyi səhv edib etmədiyimizdən narahat olmayacağıq. Biz yaxşı komandayıq və yaxşı yoldayıq. Çox pis axşam keçirdik. Biz düzəlib bu axşamı unutduracağıq. Futbolçularıma tezliklə sağalmalarını arzulayıram. Azarkeşlərimizdən üzr istəyirəm. Onlar yaxşı “Rizəspor”u izləməyə gəlmişdilər, amma bunun müqabilində onlara heç nə verə bilmədik. Matçı çox erkən məğlub etdik. Onlardan üzr istəyirəm”.

Mənbə: Milliyet
Fatimə Abdulrəhimli