İrəvan məscidləri
Bölmə: Maraqlı › ,Tarix: 15:56 24.06.2015
Vaxtilə bütün Qafqazda öz görkəmli və hündür qülləli məscidləri ilə məşhur olan İrəvan şəhərində bu gün “Qöy Məscid”dən başqa heç bir məsciddən əsər əlamət yoxdur. “Qöy məscidi” isə ermənilər dünya ictimaiyyətinə İran -fars məscidi kimi təqdim edirlər.
İnformator xəbər verir ki, məşhur fransız səyyahı və etnoqrafı İvan Şopen (1798-1870) XIX-əsrin 20- ci illərində Rusiyaya gələrək Qafqaz canişinliyinə işə düzəldikdən sonra general İ. F. Paskeviçin göstərişi ilə Qafqazda yaşayan xalqların, xüsusilə də İrəvan və Naxçivan xalqlarının tarixi ilə əlaqədar tədqiqat işləri aparmağa başlamışdır. İ. Şopen əsərlərində Qafqaz xalqlarının, o cümlədən azərbaycanlıların tarixi, etnık tərkibi dili, folkloru,ədəbiyyat və incəsənəti haqqında geniş məlumatlar toplamışdır. O, 1832 –ci ildə İrəvanda 12 məscid qeydə almışdır. Onlardan Came məscidi, Şah Abbas məscidi, Zal xan məscidi, Novruzəli bəy mədcidi, Sərtib xan məscidi, Hüseynəli xan məscidi, Hacı İmamverdi bəy məscidi, Hacı Cəfər bəy məscidi və s. Bu məscidlərin bəziləri bir sıra alban abidələri ilə birlikdə erməni vandalları tərəfindən tədricən dağıdılmış və erməniləşdirilmişdir.
İrəvandakı məscidlərin ən qədimi SƏRDAR MƏSCİDİ- QALA məscidi və ya KÖHNƏ məscid adlandırılan bu məscid Şah İsmayılın tapşırığı ilə onun vəziri Rəvanqulu Xanın İrəvan qalasını tikdirdiyi dövrdə inşa edilmişdir. 1510-cu ildə tikilmiş məscıd 1589-cu ildə Osmanlı türkləri tərəfindən yenidən bərpa edilmişdir. İrəvan qalası içərisində və Sərdar sarayı yaxınlığında yerləşdiyi üçün Sərdar məscidi adlandırılıb.1918 - ci ildə ermənilər həmin məscidə müsəlmanları dolduraraq od vurub yandırmışlar.Məscid insanlarla birlikdə tamamilə yanıb külə dönmüşdür.
SƏRDAR MƏSCİDİ (içi və çölü )
1912- ci ilə qədər indiki Ermənistan ərazisinin İrəvan qəzasında 42, Eçmiədzin qəzasında 33, Zəngəzur qəzasında 35 məscid fəaliyyət göstərmişdir. 1915- ci ildə isə İrəvan və Zəngəzur quberniyasının ərazisinin məscidlərin sayının artması müşahidə olunmuşdur. Burada 382 şiə məscidi, 9 sünni məscidi fəaliyyət göstərib. 1918 – ci ildən başlayaraq bu məscidlərin hamısı ermənilər tərəfindən dağıdılaraq məhv edilmişdir.
Hündür minarələri olan İrəvan məscidləri şəhərin möhtəşəm görüntüsünü səciyyələndirən tikililərdən idi. Belə məscidlərdən dördü İrəvan qalasının “Səhər” məhəlləsində yerləşirdi. Bunlar : “Novruzəli xan”, “Hüseynəli xan”(indiki Qöy məscid), “Xoca Səfər bəy” və “Məhəmməd Sərtib xan” məscidləri idi.
İrəvan məscidləri arasında sənət dəyərı baxımından “ŞAH ABBAS” məscidinin əhəmiyyəti çox böyükdür. 1604- cü ildə 1-ci Şah Abbas İrəvan qalasını Osmanlılardan azad etdikdən sonra 1606- cı ildə İrəvan xanına məxsus Sərdar sarayının şərq tərəfində möhtəşəm bir məscid inşa etdirdi. Məscidə xalq tərəfindən Şah Abbas məscidi adı verildi. Məscidin memarı o zamanın məşhur memarı Şeyx Bahəddin idi. Gəncə məscidinə oxşarlığı olan “Şah Abbas” məscidinin kompleksinə ,mədrəsə, kitabxana, mehmanxana və müxtəlif obyektlər daxil idi. İrəvan xanlığı dövründə məscidin aş evində kasıblara gündə 3 pay yemək verilirdi.Dini məkan olmaqla bərabər həm də ictimai qurumların toplandığı yer olması ilə də diqqəti cəlb edirdi. 1918- ci ilə qədər “Şah Abbas” məscidi yarımuçuq vəziyyətdə olsa da, sonralar tamamilə uçurdulub məhv edildi.
XUDABƏNDƏ MƏSCİDİ – Səfəvi hökmdarı Məhəmməd şah Xudabəndə tərəfindən tikilmiş məscid olub. Uzunluğu 9 metr, eni 6 metr, hündürlüyü isə 12 metr idi. Kiçik mehrabı olan məscid qırmızı bişmiş kərpicdən tikilmişdi. 1685 –ci ildə Səfəvi hökmdarı Şah Süleyman tərəfindən etdirilən məscidin giriş qapısı üzərində bir kitabə də qoyulmuşdu (şəkli qalmayıb).
DƏMİRBULAQ MƏSCİDİ – İrəvan şəhərinin azərbaycanlılar yaşayan məhəlləsində 17, 18-ci əsrlərə aid müsəlman ibadət məkanıdır. Şəhərin Dəmirbulaq məhəlləsində yerləşdiyi üçün “Dəmirbulaq” məscidi adlandırılıb. Məscidin üstündə düzəldilmiş günlüyə görə, bəzən də “Günlüklü” məscid də deyrdilər. Məscid İrəvan şəhərinin varlı adamlarından olan Hacı Müzəffər Ağa tərəfindən 17, 18 – ci əsrlərdə inşa etdirilib.
1988-ci ilə qədər fəaliyytə göstərən və şəhərin dindar müsəlmanlarına xidmət göstərən məscid elə həmin ilin fevralında erməni millətçiləri tərəfindən hücuma məruz qalmış və talan edilərək yandırılmışdır.
DƏMİRBULAQ MƏSCİDİ (Günlüklü məscid)
RƏCƏB PAŞA MƏSCİDİ - 1725 – ci ildə Rəcəb Paşa tərəfindən İrəvan qalasında inşa edilmiş məsciddir. Ruslar İrəvanı işğal etdikdən sonda (1827) Rəcəb Paşanın inşa etdirdiyi məscid dağıdılmış və yerində Rus pravoslav kilsəsi tikilmişdir.
ABBAS MİRZƏ (XAN) MƏSCİDİ – 18-ci əsrdə Abbas Mirzə Qovanlı – Qacar tərəfindən İrəvan qalasında inşa etdirilmişdir. 1827- ci ildə ruslar tərəfindən dağıdılıb. 2008-ci ildə isə tamamilə sökülüb.
ABBAS MİRZƏ MƏSCİDİ və ya XAN MƏSCİDİ (bu günkü xarabalığı)
ŞÜKÜRBƏYLİ MƏSCİDİ – İrəvanda tikilib. 1827-ci ildə Ruslar məscidin daxilini dəyişdirmiş və adını “Svyatoy Boqoradiç” (Müqəddəs Məryəm) qoymuşlar. Hazırda Şükürbəyli məscidi Rus kilsəsi kimi fəaliyyətdədir.
ZALHAN MƏSCİDİ: İrəvanda tikilib. Məscid II- Dünya müharibəsindən sonra arxitektura xüsusiyyətləri pozularaq şəkil və sərgi binası kimi fəaliyyət göstərir.
GÖY MƏSCİD – (Ermənicə KAPUYT MZKİT və ya GYOY MZKİT)
Ermənistanın paytaxtı İrəvanda azərbaycanlılara məxsus yeganə islam dini məbədi. 1766-cı ildə İrəvan xanı Hüseyn Əli xanın əmri ilə tikilmişdir və Azərbaycanın memarlıq nümunələrindən biridir. Eni 66 matr, uzunluğu 92,2 metrdir. Göy məscid İrəvan məscidləri arasında ölçüsünə görə ən böyüyü və İrəvan şəhərinin mərkəzi cami məscidi olub. Çar dövründə İrəvanda azərbaycanlıların dini ibadət etdikləri 8 məsciddən biri idi.
Məscid 28 hücrə, kitabxana, ibadətgah və 3 həyətdən ibarətdir. Ümumilikdə, məscid 7000 kv.metrlik ərazidə yerləşir. İkinci dünya müharibəsindən sonra Sovet hökumətinin radikal dünyəvi siyasətinə uyğun olaraq hündürlüyü 24 metr olan 4 minarədən 3-ü söküldü və 1952-ci ildən məscidin bir hissəsi planetariyə, bir hissəsi isə məktəbə çevrildi. Məscid 20-ci əsrdə iki dəfə yandırılıb. Birinci dəfə 1918- ci ildə, ikinci dəfə isə 1955-ci ilin martında martında azərbaycanlı din xadimi Mahmud Aruzoğlu, hıyat yoldaşı və 22 nəfər türk alimi ilə məsciddə ibadət edərkən ermənilər tərəfindən yandırılıb.
Göy məscid 1995 – 2006 cı illərdə İran tikinti şirkətlərinin köməkliyi ilə bərpa olumuş və İranın Ermənistandakı mədəniyyət mərkəzinə çevrilmişdir.
QÖY MƏSCİD ( içi və çölü)
İrəvan və ətraf ərazilərdə yerləşən məscidlər haqqında ingilis tədqiqatçısı Tom de Vaal yazır: “Ermənilərin azərbaycanlılara məxsus məscidlərin belə asanlıqla yer üzündən silinməsini linqvistik oyun ilə izah etmək olar. Sən demə, Ermənistan Azərbaycanın tarixini məhv etməklə bütövlükdə ölkəni məhv etmək fikrində imiş. Ona görə də XX əsrə qədər onlar azərbaycanlıları “tatar”, “müsəlman” və ya “türk”adlandırırdılar. Əslində isə onlar türk dilli şiələr idilər. Bir sözlə, onlar indiki azərbaycanlıların babaları olub. Beləliklə, ermənilər İrəvanda “fars məscidi” haqqında danışarkən, “fars” deməklə unutdurmaq istəyirlər ki, 1760-cı ildən QÖY MƏSCİDDƏ dua edənlər azərbaycanlılar olub”.
Müəllif: İsmayıl Tanrıverdi, BDU – nun Erməni araşdırmaları ETL-in Böyük elmi işçisi