Məsuliyyətsiz bina komendantları: Qanunla necə tənzimlənir?-RƏY
Bölmə: Sosial › ,Tarix: 09:49 15.10.2024
Son zamanlarda binaların təhlükəsizliyi azaldığına görə komendant və sakinlər arasında münaqişələr çoxalıb. Bina evlərinin qorunması üçün təyin edilən komendantların məsuliyyətsizliyi qanunla necə tənzimlənir?
Məsələ ilə bağlı "informator.az"a danışan hüquqşünas Əkrəm Həsənovun sözlərinə görə, öncəliklə komendantı kimin təyin etdiyini bilmək lazımdır:
"Mövcud qanuna görə binanın idarə etməsinin binada mənzil sakinlərinin yığıncağı keçirilməlidir və komendantı təyin etməlidirlər. O da onlara tabe olmalıdır. Lakin binaların çoxunda tikinti şirkəti binanı qanunsuz idarə etməyə davam edir və komendant da ona tabedir. Onlar da sakinlərdən pul yığmaqdan başqa heç bir işlə məşğul olmurlar. Amma yenə də binanın komendantı binanı qoruyan adam deyil. O ancaq məsuliyyətli davranıb məlumat verə bilər, polisə zəng edə bilər".
Nərgiz Orucova