RAT virusu nədir?-Mütəxəssis AÇIQLAYIR

Bölmə: Sosial › ,
Tarix: 09:53 15.10.2024

İnkişaf edən texnologiya, həyati fəaliyyətlərimizi nə qədər asanlaşdırsa da, özü ilə eyni vaxtda diqqət mərkəzində olan problemlər də gətirməkdədir. Bunlardan biri də RAT(Remote Administration Tool)virusudur.

 

Bəs, RAT virusu nədir? 

 

Mövzu ilə bağlı İnformasiya və Kommunikasya texnologyaları üzrə mütəxəssis Fərhad Mirəliyev "informator.az"a açıqlamasında bildirib ki, qeyd olunan alət vasitəsi ilə mobil cihazlara müdaxilə etmək mümkün olur:

 

"Bu alət xüsusi hədəfə alınmış mühit üçün hazırlanmış bir alətdir. Biz mütəmadi olaraq şahid oluruq ki, həm play marketdən, həm app storedən bu tipli proqram təminatı aşkarlanır və silinir. Bu tip proqramlar vasitəsi ilə ümumilikdə istifadəçinin mobil cihazında olan bütün məlumatlar qarşı tərəfin əlinə keçə bilər. Həmçinin istifadəçinin mobil cihazına onun iradəsindən kənar təminatının quraşdırılması və yaxud silinməsi kimi təhlükəli hərəkətlərin bu proqram vasitəsi ilə çox asanlıqla həyata keçirilə bilər.

Əsasən android istifadəçiləri hansısa proqram təmintınım ödənişini etməmək üçün internetdən pirat variantını axtarır. Nəticədə yüklənən proqram vasitəsi ilə qeyd olunan müdaxilələr həyata keçirilə bilir.

 

 

Bundan başqa istifadəçinin xəbəri olmadan özünün iştirakı ilə yükləmələr olur. Məsələn, play marketdən hansısa bir proqram yüklənilir. İstifadəçi onu başqa bir məqsədlə yüklədiyi üçün düşünmür ki, o proqram təminatının içərisində zərərverici kodlar olsun və şəxsi dataları oğurlasın. Bu zaman çalışmaq lazımdır ki, vender araşdırılsın. Həmçinin həmin proqram təminatının kodlayıcısının şirkət və ya nümandəliyinin kim olmasına baxmaq lazımdır".

 

Mütəxəssisin sözlərinə görə, istifadəçilər proqram təminatını daima yeni saxlamalıdırlar:

 

"Əgər mobil cihaz proqram teminatı yenilənməsi almırsa, o zaman həmin mobil cihazi daha yenisi ilə əvəz etmək lazımdır. Yaxud proqram təminatının özünün içərisində olan proqramların yenilənməsini diqqətdə saxlamaq lazımdır. 

 

Ümumiyyətlə kiber gigiyena qaydalarına ciddi şəkildə əməl olunmalıdır".

 

Elnurə Kərimova