Gənclərin rifahının aşağı düşməsinin arxasında nə dayanır?-RƏY
Bölmə: Sosial › ,Tarix: 20:36 15.10.2024
Bir çox gənc psixi sağlamlıqla bağlı artan narahatlıqlarla və rifahının getdikcə azalması ilə üzləşir. Gənclərin həyatdan məmnunluğunun azalmasının səbəbləri nələrdir?
Mövzu ilə bağlı Lalə Mehrall "informator.az" a açıqlamasında bildirir ki, gənclərin müzakirə ediləcək çox problemləri var:
"Ona görə onlar psixi problemlər yaşaya bilirlər, narahatlıqları olur və s. Potensiallarına uyğun mühitdə yaşamadıqlarını fərq edəndə ruhdan düşürlər. Bunların hamısı da onlara təsir edir. Təsəvvür edin ki, 4 il bakalavr, 2 il magistr oxuyanlar var ki, onlar hansısa bir marketdə satıcı və yaxud kasser işləyir bu, onun psixologiyasina mənfi təsir göstərəcək. Təhsilli və təhsilsiz olmasından asılı olmayaraq bütün gənclər üçün münbit şərait olmalıdır ki, onlar öz potensiallarını göstərə bilsinlər və gəncliklərini doya-doya yaşasınlar. Paytaxtdakı gənclər bu mövzuda hardasa şanslıdırlar, amma bölgədəki gənclər bu şəraitdən olduqca məhrum qalıblar. Bununla belə deyə bilərik ki, paytaxtda həyat bahalıdır buna görə də gənclər çox ağır işlərdə işləyirlər və bu onların psixi vəziyyətinə təsir göstərir. Gənclərə sadəcə yol açmaq, iş vermək lazımdır, sonra qıraqdan onların necə xaluqələr yaratdığını görə bilərsiz".
Sevinc Zeynalova