Bakının qaranlıq küçələri: "Məsələyə daha geniş baxılmalıdır..."

Bölmə: Sosial › ,
Tarix: 09:23 16.10.2024

Son zamanlar Bakı küçələrinin əksəriyyətində işıqlandırma sisteminin olmaması nəzərə çarpır. Bu da qəzaların olması ehtimalını artırır. Bəs, problem həllini necə tapmalıdır?

 

Məsələ ilə bağlı "informator.az"a danışan nəqliyyat eksperti Rauf Ağamirzəyevin sözlərinə görə, xüsusən, eyni səviyyəli piyada zolaqlarında işıqlandırmanın olmaması gecə vaxtı piyadaların vurulmasına səbəb olur:

 

"Həmçinin, yollar elə qurulub ki, sürücünü sürətli sürməyə stimullaşdırır. Yəni işıqlandırma ilə yanaşı, küçələrdə təhlükəsizlik adacıqları qurulmalı və piyada zolaqları piyada səkiləri səviyyəsinə qaldırılmaqla və işıqlandırmaqla qəzaların qarşısını almaq olar. Bu məsələyə daha geniş baxmaq gərəkdir və küçə yol şəbəkəsi yenidən ciddi təftiş olunmalıdır. Qeyd olunan məsələyə səkilərin vəziyyətinin bərbad olması piyadaların yolun hərəkət hissəsinə çıxmasına və qəza riskinin yaranmasına gətirib çıxarır. Bəzi nişanların aşağı hündürlükdə qoyulması sürücülərin geri dönmə zamanı qarşı tərəfdən gələn nəqliyyat vastəsitəsini görməməsinə səbəb olur".

 

Nərgiz Orucova