Respirator virus infeksiyalarından necə qorunmalı?

Bölmə: Sosial › ,
Tarix: 16:33 16.10.2024

Nəfəsvermə, asqırma və danışıq zamanı əsasən tənəffüs yollarının yuxarı hissələrində - ağızın, burunun, burun-udlağın selikli qişalarında lokalizə edən törədicilər ifraz olunur.

Bəs bu virusun əsas simptomlari nələrdir?

Mövzu ilə bağlı tibb üzrə ekspert Aydın Əliyev "informator.az" a açıqlamasında bildirir ki, yay ayından payıza keçəndə, havalar istidən soyuqluğa doğru gedəndə bizim bədənimizdə bu özünü göstərir:

 

"Xüsusən də hər kəs Bakıya toplanır, bu da ekologiyanın bu vəziyyətdə olmasına gətirib çıxarır. Su qidasında olan çatışmazlıqlar, problemlər bədənimizin immun sistemini zəiflədir. İnsan da nəfəs aldıqca müxtəlif xəstəliklər xəstəliklər yaranır. Insan bədəninə ziyan verən mikro aləm belə formalaşır. Onlar da insan bədəninə yad olduğu üçün bədənimiz onları qəbul edə bilmir onlarla döyüşür və onlar bir müddət qalib gəlir və insan xəstələnir. Qorunmağın yolları isə burnu tez tez sodalı su ilə yaxalamaq, evdə xəstə varsa maska taxmaq, təmizlik işlərinə- gigiyenik hallara diqqət etsək bu xəstəliklərin bədənimizə təsiri azalar".

Sevinc Zeynalova