Avtomobil yoluna girən avtobuslar...

Bölmə: Sosial › ,
Tarix: 22:09 16.10.2024

Günümüzün aktual məsələlərindən biri avtobus üçün çəkilən zolaqlarda hərəkət etməyən marşurtlardır. Bu isə, əlbəttə ki, tıxaca, eyni zamanda da qəzaya yol açır.

Burada isə yeni sual yaranır. Avtobus zolağına daxil olan avtomobillər üçün cərimə tətbiq olunursa, avtobus zolağından çıxan sürücülər üçün niyə cərimə tətbiq olunmur?

Məsələ ilə bağlı "informator.az"a açıqlamasında Nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov bildirib ki, avtobusların zolaqlardan kənara çıxması insanlarda qıcıq yaradan bir prosesdir:

 

İnsanlar buna qarşı adekvat deyillər. Çünkü bugünkü gündə hamı istəyər ki, öz yolu ilə, tıxacsız  hərəkət etsin. Amma kimsə onun yoluna çıxarsa təəbiki o da öz növbəsində insanlara xüsusilə avtobus sürücülərinə qarşı agresiv danışmağa məcbur olar. Ona görə də  hər kəs yol hərəkəti qaydalarına əməl etməlidir. Bundan əlavə ümumi olaraq nəqiliyyat vasitələri üçün bu və digər formada hər hansı bir hərəkət üstünlüyünün malik olması, o deməkdir ki, onun xüsusi olaraq hər hansı bir ərazi üzrə inkişaf prespektivinə yol açır. Məsələn, hardasa hərəkət edən nəqiliyyat vasitəsi mütləqdir ki, ara məsafəsini gözləsin və öz zolağından kənara çıxdıqda belə yenə də sağ və sol işıqlardan, siqnallardan istifadə etməlidir ki, qəza şəraiti yaratmasın".

Mehriban Nəsibova