Magistratura təhsili niyə vacibdir?-RƏY

Bölmə: Sosial › ,
Tarix: 19:07 17.10.2024

Magistratura təhsili – ali xüsusi təhsil pilləsi olaraq, ikinci pillə ali təhsildə müəyyən ixtisas üzrə tələbənin biliklərinin dərinləşdirilməsinə xidmət edir. Son illərdə Azərbaycan gəncləri arasında populyarlaşan təhsil pillələrindən biri olub.

Bəs şəxsin həyatında bu təhsil forması hansı rola malikdir?

Mövzu ilə bağlı "informator.az"a açıqlamasında təhsil eksperti Elçin Əfəndi bildirib ki, magistratura üzrə təhsil bəzi istiqamətlərdə tələb olunur. Amma bəzi tələbələrimiz də artıq magistratura üzrə təhsillərini davam etdirməkdə maraqlıdırlar:

"Məqsəd ya elmi işlərini davam etdirmək, yaxud da hər hansı bir istiqamət üzrə magistr təhsili tələbi qoyulanda artıq bu parametrlərə cavab verdiklərini sübut etmək üçün magistratura təhsilini alırlar. Gələcəkdə gözlənti ondan ibarətdir ki, artıq pedoqoji yönümlü ixtisaslarda bir neçə il sonra təkcə bakalavr təhsili deyil, magistratura pilləsini bitirmələri barədə tələb də qoyulacaq. Bundan əlavə bir sıra şəxslər də magistratura təhsilini bir növ ixtisasını dəyişmək kimi düşünür. Nəzər salsaq, son illər ərzində fərqli-fərqli ixtisaslarda təhsil alanlar, magistratura təhsilini seçərək fərqli ikinci bir təhsilə malik olurlar. Yəni burda maliyə, biznes, kibertəhlükəsizlik, komputer təhlükəsizliyi və s. ixtisaslara yiyələnirlər. Magistratura pilləsində  təhsil almaq bəzi iş yerlərində hətda əlavə gəlir də qazandırır".

Mehriban Nəsibova