"Azərbaycan universitetləri əmək bazarlarının tələblərinə cavab verə bilmir"-Ekspertdən ETİRAZ
Bölmə: Sosial › ,Tarix: 19:47 17.10.2024
"Şəxs universiteti bitirirdikdən sonra, ali təhsil ocağı ilə əlaqə kəsilir. Belə olmamalıdır. Yaxşı universitet həm də məzunları ilə maraqlananıdır. Bu gün Azərbaycan universitetlərinin əmək bazarı ilə uyğunlaşma problemi var".
Bu sözləri "informator.az"a açıqlamasında təhsil eksperti Rizvan Fikrətoğlu söyləyib. Ekspert təhsil sisteminin əmək bazarına hazırlıq səviyyəsini yaxşılaşdırmaq üçün edilməli olan dəyişikliklərdən də bəhs edib:
"Universitet məzununa diplom verən müəssisə olmamalıdır, inkibator funksiyalarını daşımamalıdır. Yaxşı universitetin yerli və xarici şirkətlərlə, firmalarla əməkdaşlığı olmalıdır. Eyni zamanda məzunları ilə maraqlanmalıdır. Bəlkə onun məzunu elə bir iş sahibi olacaq ki, gələcəkdə onunla daha yaxşı şəkildə əməkdaşlıq etmək, digər məzunları işlə təmin etmək mümkün oldu. Əksinə, məzun işsizdirsə, universitetin ona iş imkanı verə bilməsi üçün imkanları olmalıdır".
Rizvan Fikrətoğlunun sözlərinə görə universitetlər həm kadr, həm də əməkdaşlıq baxımından yerli və xarici əmək bazarlarının tələblərinə cavab verə bilmir:
"Ümumiyyətlə, universitetlərin əmək bazarına çıxışı, real əməkdaşlıq məsələləri zəifdir, təhsilin problemlərindən biridir. Səbəblər çoxdur. Biri əmək bazarının tələblərinə cavab verə bilən təhsil sisteminin tam formalaşmamasıdır. İstisna hallar var, lakin azdır. Elə ixtisaslar var ki, onlara ehtiyac duyulmur və ya təkmilləşdirilməlidir. Kommunikasiya, texnologiya və ya iş strategiyası dəyişir, verilən bilik çox vaxt fayda vermir və məzun təhsil aldığı sahədə işləyə bilmir".
Fatimə Abdulrəhimli