Müstəqilliyimizin bərpasından 33 il ötür...
Bölmə: Sosial › ,Tarix: 16:49 18.10.2024
Bu gün Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 33-cü ili tamam olur.
Azərbaycan xalqı ötən əsrin əvvəlində müstəqil respublika qurub, 1991-ci ildə Azərbaycan Respublikası Azərbaycam Xalq Cümhuriyyətinin varisi kimi öz müstəqilliyini bərpa edib.
Bu barədə "İnformator.az"a danışan politoloq Kazım Kazımov deyir ki, müstəqilliyimizin 33 ilinin tamam olması çox böyük zaman kəsiyidir:
"Nəzərə alsaq ki, Azərbaycan nələr yaşayıb və 1991-ci il oktyabrın 18-də yenidən müstəqilliyi bərpa etsə də, faktiki olaraq Azərbaycanı idarə edə bilməyən qüvvələr dağılma nöqtəsinə gəlmişdi. 1993-cü ilin iyun ayında mərhum öndər dövlətçiliyimizin sağlam təməllərini atdı. Uzun illər bu inkişaf etdi. Müstəqilliyimizin ən böyük uğurlarından olan Qarabağı işğaldan azad etdik. Bu, dövlətçiliyimizin tam möhkəmlənməsi anlamına gəlirdi.
Azərbaycan artıq dünyanın ən tanınmış ölkələrindən birinə çevrilib. Hələ də aktiv şəkildə öz millətimizi, dövlətimizi tanıtmağa davam edirik. Qarabağ savaşında zəfərimiz, ordakı sivil əhaliyə qarşı humaniat davranışlarımız bütün dünyada təqdir topladı. Bundan əlavə Azərbaycan genişmiqyaslı oyunlara başçılıq edir. Avroviziya, Formula1, İslam oyunları eləcədə önümüzdə COP-29 kimi nəhəng tədbirlər gəlir. Bu tədbirlər əslində bütün dünyanın diqqətini Azərbaycana yönəldir. Bu da ölkəmizin tanınması üçün müstəsna əhəmiyətə malikdir".
Fidan Fərhadlı