Donald Tramp Co Bayden və Vitse-prezident Kamala Harrisi günahlandırıb
Bölmə: Dünya › ,Tarix: 21:41 28.10.2024
Tramp, Bayden və Harrisin beynəlxalq təhdidlərdən, xüsusilə də İrandan gələn təhlükələrdən xəbərsiz olduğunu bildirib və administrasiyanın ölkəni “sahibsiz” buraxdığını qeyd edib.
Tramp bəyanatında deyib: “Dünya yanır və idarəetmə tamamilə itirilib. Ölkəni idarə edən yoxdur. Prezident Co Baydenin olmadığı bir idarəetmə var və davamlı olaraq ianə toplamaqla məşğul olan Vitse-prezident Kamala Harris tamamilə itkin düşüb. Heç kim işin başında deyil və Baydenmi, yoxsa Kamala mı daha çox çaşıb, bəlli deyil. Hər ikisi də nə baş verdiyini bilmir,” deyə Tramp bildirib. O, öz prezidentliyi dövründə İranın tamamilə nəzarət altında olduğunu vurğulayıb və deyib: “Mən prezident olanda, İran tamamilə nəzarətdə idi. Onlar pul qıtlığı çəkirdilər, tamamilə əhatələnmişdilər və bir anlaşma etmək üçün çaresiz idilər. Kamala onlara Amerika pulları ilə yardım etdi və o zamandan bəri hər yerə terror ixrac edirlər və Orta Şərqi darmadağın edirlər," ifadələrini işlədib.
Mənbə: CNN
Mahmud Əskərli