Həddən çox aqressiyanın kökündə hansı səbəblər dayanır?-Psixoloq AÇIQLAYIR

Bölmə: Sosial › ,
Tarix: 16:55 29.10.2024

Bəzi insanlar, əsasən də yeniyetmə və gənclər adi məsələlərdə belə çox tez özlərindən çıxırlar. Emosional olmaqla yanaşı aqressiv olmaq və bunu biruzə vermək həm insanın özünə, həm də ətrafındakılara zərər vurur.

Bəs bu hal nədən qaynaqlanır?

Bu barədə “informator.az”a danışan ailə və uşaq psixoloqu Aynur İsmayılova bildirir ki, ümumən bütün insanlar davranışlarını 10 yaşına qədər valideynlərindən alırlar:

“Yəni valideynlərin emosiyalarını idarə etməyi, necə bacarırlarsa, 10 yaşına qədər bütün uşaqlar valideynlərini təkrar edirlər. Əgər fiziki şiddət görən bir uşaq varsa, bunu uşaq normal qəbul edir. Bəzən xarekterindəndə asılı olmayaraq gəncliyinə, yetkinliyinə doğru aparır. İnsanların aqressiyanı idarə etməsi, emosional intellektləri ilə bağlıdır. Əgər biz  bir uşaqda aqressiyanı görürüksə, valideyn olaraq həyacan təbili çalmalıyıq. Həm valideynin özü, həm də övladı psixoloq terapiyasına göndərilməlidir ki, gələcəkdə onun övladı aqressiyasını idarə edə bilən bir şəxsiyyət olsun. Yaşından asılı olmayaraq aqressiyanı idarə etmək mümkündür. Sadəcə emosional intelliktimizi üzə çıxartmalıyıq. Eyni zamanda lazım gələrsə, psixoloqların köməyindən istifadə etmək lazımdır. İnsanlar arasında özünü idarə etmək, insanın özünə əziyyət verməməsi və aqressiyanı normal idarə etmək üçün müxtəlif cür metodikalar var. Əsas insan aqressiv tərəfini özü görməlidir. Bunu qiymətləndirib özünə və başqalarına zərər verməməyi əsas tutmalıdır”.

Kəmalə Vəliyeva