Lənkəranda ferma yanıb

Bölmə: Sosial › ,
Tarix: 22:47 14.07.2025

Lənkəran rayonunun İstisu qəsəbəsində yerləşən fermalardan birində yanğın baş verib.


"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, meşə zolağına yaxın ərazidə qeydə alınan yanğın zamanı 5 baş iribuynuzlu heyvan tələf olub, həmçinin 10 min ədəddən çox ot bağlaması yanaraq külə dönüb.

 

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin regional mühafizə hissələri və ümumilikdə 25 nəfərdən ibarət canlı qüvvə cəlb olunub. Bundan əlavə, təxminən 30-a yaxın kənd sakini də alovun söndürülməsində fəal iştirak edib.

 

Yanğın ümumilikdə 2 min kvadratmetrə yaxın ərazini əhatə edib. Əraziyə vaxtında müdaxilə nəticəsində yanğın qısa müddətdə lokallaşdırılıb, meşə zolağı və ərazidə olan 5 ədəd kənd təsərrüfatı texnikası yanğından xilas edilib.


Hazırda yanğının tam qarşısını almaq və səbəblərini araşdırmaq istiqamətində tədbirlər davam etdirilir.