Zaxarovadan Rutteyə sərt cavab-Ömrünü telefon şirkətində

Tarix: 22:32 14.07.2025
NATO rəsmilərinin savadsızlığı artıq çoxsaylı qurbanlara səbəb olub, məsələnin tarixini bilmədən heç bir problem həll edilə bilməz.
"İnformator.az" xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova NATO-nun Baş katibi Mark Ruttenin Rusiyanın Ukrayna ilə danışıqlara ciddi adamlar göndərmədiyi barədə açıqlamasını şərh edərkən bildirib.
"Bu "filan tarixçi" beynəlxalq əlaqələr üzrə mütəxəssis, alim və dövlət xadimi Vladimir Rostislavoviç Medinskidir. Ukraynadan gələn "ciddi nümayəndə heyətinə" isə heç vaxt orduda xidmət etməyən və bütün ömrünü telefon şirkətində menecer kimi keçirmiş Ukraynanın müdafiə naziri Umerov başçılıq edirdi", - Zaxarova qeyd edib.