Zaur Rzayev xəstəxanaya yerləşdirilib

Bölmə: Sosial › ,
Tarix: 22:50 14.07.2025

Xalq artisti Zaur Rzayev Dövlət Gömrük Hospitalına yerləşdirilib.


"İnfotmator.az" "Kult.az"a istinadən 
xəbər verir ki, bu barədə millət vəkili Rəşad Mahmudov Feysbuk hesabında yazıb.


“Zaur Rzayev hal-hazırda xəstəxanamızda müalicə alır. Onun sağlamlığının bərpası üçün bütün imkanların səfərbər olunması dövlətimizin, xüsusilə də Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun diqqət və qayğısı ilə əhatələnmişdir. Müalicə prosesi ilə bağlı Prezidentin köməkçisi cənab Anar Ələkbərovun, DGKTXİ rəisi Ceyhun Məmmədovun, baş həkim Bəxtiyar Musayevin və bütün xəstəxana personalının vaxtaşırı diqqəti və qayğısı sənətə və sənətkara verilən dəyərin bariz nümunəsidir. Mən də bu gün dəyərli sənətkarımızı ziyarət etdim. Müalicə ilə əlaqəli tövsiyələrimi verdim”, - R.Mahmudov qeyd edib.