Ölkə futbolu “Qəbələ” “Şamaxı”ya qalib gəlib

Tarix: 22:41 14.07.2025
Bu gün “Qəbələ” və “Şamaxı” yoxlama oyunu keçiriblər.
"İnformator.az" "İdmanxeber.az"a istinadən xəbər verir ki, komandalar Qəbələ şəhər stadionunda üz-üzə gəliblər. Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
“Qəbələ”nin heyətində Ziya Şəkərxanov və Salman Ələsgərov fərqlənib. “Şamaxı”nın yeganə qolunu isə David Thomaz Santos vurub.
“Qəbələ”nin yay toplanışı avqustun 8-dək davam edəcək. Komanda bu müddət ərzində 5 yoxlama matçı keçirməyi planlaşdırır. Rəqiblərdən birinin “İmişli” olacağı dəqiqləşib.
“Şamaxı” isə “Karvan” (21 iyul), “Kəpəz” (26 iyul) və “İmişli” (9 avqust) ilə üz-üzə gələcək.