Payızın ən təhlükəli qidası - Göbələk seçərkən nələrə diqqət etmək lazımdır?
Bölmə: Sosial › ,Tarix: 10:03 05.11.2024
İnsanlar yeməli göbələklərdən qədim zamanlardan istifadə edirlər. Bu, məhlul zülallar, aktiv fermentlər, bitki şəkərləri, A, C, D, B qrupu vitaminləri həmçinin selen, kalium, dəmir və sink duzları ilə zəngindir.
Payızın ən təhlükəli qidası olan göbələklər bəzən zəhərlənmələrə gətirib çıxara bilir.
Bəs göbələk alarkən, nələrə diqqət etməliyik ?
Bu barədə qida eksperti Ağa Salamov "informator.az"a bildirib ki, mədənləşdirilmiş göbələklərin zəhərlənmə vermə ehtimalı yoxdur:
"Qədim zamanlardan göbələk yığırlar, yeyirlər. Belə bir bizim adətimiz var. Çox vaxt rayon yerlərində, ona xüsusi biliyə sahib olan, insanlar, yaşlılar və göbələk anlayışı olan insanlar gedib, göbələk yığırlar. Bəzən baxırıq ki, bilməməzlikdən yəni, göbələyi tanımayan insanlarda, var ki, onlar meşədən göbələk, toplayıb gətirirlər. Həmin göbələyi ya turşuya qoyurlar, ya onunla bir yemək hazırlayırlar. Bu da, qida zəhərlənməsinə gətirib, çıxarır. Zəhərli göbələklər də var, yeyilən göbələklər də, var. Çox vaxt görürük ki, zəhərli göbələklərlə, yeyilən göbələkləri səhv salırlar. Zəhərli göbələklər yığıb, turşuya qoyanda və yaxud da, bişirəndə, qida zəhərlənməsi və ölüm hadisələri baş verir. Marketlər də, satılan göbələklər, mədənləşdirilmiş göbələklərdir. Bu, göbələklər sözsüz ki, yetişdirilir və satışa çıxarılır. Təbii ki, bilgisi olan insanlar bu göbələkləri yetişdirir. Bu, göbələklər də, zəhərlənmə o, zaman ola bilər ki, düzgün şərait altında saxlanılmasın".
Nigar Səmədli