"Xoşbəxt olmayan qadının xoşbəxt övladı olmaz"-Psixoloq ŞƏRHİ

Bölmə: Sosial › ,
Tarix: 23:38 18.11.2024

Bizim öncəki nəslin nümayəndələri hər zaman böyüdülmə prinsipinə görə qoruyucu bir ailə tərzi olub. 

 

Bu sözləri "İnformator.az"a açıqlamasında psixoloq Nuranə Cəfərova deyib.

 

Onun sözlərinə görə, valideynlər övladlarını qorumaq adı altında bəzi yanlışlıqlara yol açırlar:

 

"Belə ki, bir çox valideynlər övladlarının yanlışlığı üçün müxtəlif qadağalar qoyurlar. Bu da öz növbəsində uşaqlarda bəzi psixoloji dəyişikliklərə səbəb olur. Hətta valideynlər qız uşaqlarının adlarına pis söz çıxar, namuslarına ləkə dəyər və.s kimi problemləri fikirləşərək onların təhsil hüquqlarını əllərindən alırlar. Bu da gələcəkdə cahil anaların yetişməsinə gətirib-çıxardır. Çünki hər bir qız övladı gələcəyin bir anasıdır".

 

Psixoloq uşağların xoşbəxtliyini valideynlərinin keçmişləri ilə də bağlı edir:

 

"Ümiyyətlə, heç bir xoşbəxt olmayan ananın xoşbəxt övladı ola bilməz. Çünki, qadınlar çox həssasdırlar. Ən adi söz belə onların psixologiyasına böyük təsir göstərə bilər. Təbii ki, psixologiyası düzgün olmayan bir anandan dünyaya gələn bir övladın da psixologiyası qarışıq olar. Zaman keçdikcə bu özünü göstərməkdə davam edir".

 

Psixoloq cəmiyyətin qadınlara olan yanlış təsirlərindən də danışıb:

 

"Cəmiyyətdəki bir çox kişilər qadınları gücsüz, zəif hesab edir. Bu da öz növbəsində qadınların cəmiyyətdə olan rolunu azaldır. Belə hallar da qadın zorakılığına, qadın cinayətlərinə yol açır. Ümumiyyətlə, hər kəs qadının cəmiyyətdə olan yerini bilməli və buna hörmətlə yanaşmalıdır ",-deyə o, sözlərini yekunlaşdırıb. 

 

Mayıl Soltanov