Havanın çirklənməsi - səbəb və həlli yolları nələrdir?

Bölmə: Sosial › ,
Tarix: 17:04 21.11.2024

Bildiyimiz kimi, havanın çirklənməsi sənaye, nəqliyyat və fosil yanacaqlardan qaynaqlanan ciddi problemdir.

 

Bəs bu, həm ətraf mühitə, həm də insan sağlamlığına necə təsir göstərir?

 

Mövzu ilə bağlı ekoloq Qorxmaz İbrahimli "informator.az"a açıqlamasında bildirib ki, günümüzdə balans dəyişib və atmosferdə karbon dioksidin səviyyəsi artmağa başlayıb:

 

" İqlim dəyişməsində nəqliyyatın kifayət qədər rolu var. Hazırda dizel yanacaqları azaldılır. Lakin ağır sənaye də iqlim dəyişməsinə səbəb olur. Bu gün hətta COP29-da "Yaşıl yanacaqdan" dan istifadə olunmasının vacibliyi vurğulanır. Fosil yanacaqlardan istifadəni tamamilə aradan qaldırmaq mümkün olmasa da, kifayət qədər azaltmaq mümkündür".

 

Ekoloq, ölkəmizdə səhralaşmanın getdiyini də vurğulayıb: 

 

" Səhralaşma nəticəsində günəşdən gələn enerji geri qayıtmır və səhralaşma sürətlənir. Səhralaşma nəticəsində torpaqlar şoranlaşır. Ölkəmizdə xüsusi olaraq, Kür-Araz ovalığında pambıqların çox əkilməsi torpaqları daha da şoranlaşdırır".

 

O, həmçinin havanın çirklənməsini azaltmaq üçün texnolji həlləri də vurğulayıb:

 

" Biz bacardığımız qədər daha çox "yaşıl enerji"dən istifadə etməliyik. Fosil yanacaqlardan istifadəni sıfıra endirməlik. Beləliklə, biz karbon qazının miqdarını azaldıb, daha sağlam həyata qayıda bilərik"-deyə o, fikirlərini yekunlaşdırıb.

 

Aydan Talıblı