Ukrayna müharibəsində böyük dəyişikliklərlə dolu bir həftə..

Bölmə: Dünya › ,
Tarix: 21:39 23.11.2024

Rusiya - Ukrayna müharibəsində vəziyyət heç vaxt bu qədər gərgin olmamışdı.

 

Münaqişənin 1000-ci gününü geridə qoyduğu həftədə Qərb dövlətləri Ukraynanın hərbi arsenalını əhəmiyyətli dərəcədə gücləndirdi, Kreml isə nüvə zərbəsi ilə bağlı ən sərt təhdidlərini səsləndirdi.

 

Qərb Ukraynanı gücləndirir

 

Bazar gecəsi gec saatlarda ABŞ-ın vəzifədən gedən prezidenti Co Baydenin Ukraynaya ATACMS uzaqmənzilli raketlərdən Rusiya daxilindəki hədəflərə zərbə endirmək üçün icazə verdiyi xəbəri yayıldı.

 

Bu qərar Vaşinqtonun siyasətində böyük bir dəyişiklik oldu – aylardır ABŞ Ukraynanın bu raketləri öz sərhədlərindən kənarda istifadə etməsi ilə bağlı müraciətlərini rədd edirdi.

 

Qərarın mətbuata sızmasından sonra Ukrayna ATACMS raketlərini Rusiyanın Bryansk vilayətindəki hədəflərə atdı.

 

Kremlin məlumatına görə, altı raket atılıb, beşi vurulub. Anonim ABŞ rəsmiləri isə səkkiz raket atıldığını və onların ikisinin vurulduğunu iddia edir.

 

Müfəssəl məlumatlardan asılı olmayaraq, bu hadisə əlamətdar bir məqam idi: Amerika istehsalı raketlər ilk dəfə olaraq bu müharibədə Rusiya ərazisinə zərbə endirdi.

 

Daha sonra, çərşənbə günü Ukrayna Böyük Britaniyanın təmin etdiyi Storm Shadow raketləri ilə Rusiyanın Kursk vilayətindəki hədəflərə zərbə endirdi. Bu ərazidə Ukrayna qüvvələri təxminən 600 kvadrat kilometr (232 kvadrat mil) Rusiya torpağını ələ keçirib.

 

Həftənin sonlarında Bayden Ukraynaya tank əleyhinə piyada minalarının istifadəsinə də icazə verdi.

 

Sadə, mübahisəli, lakin olduqca effektiv olan minalar Ukraynanın şərq cəbhəsində müdafiəsinin mühüm hissəsidir və onların istifadəsinin Rusiyanın irəliləməsini yavaşlada biləcəyi ümid edilir.

 

Beləliklə, bir neçə dramatik gün ərzində verilən üç sürətli qərarla Qərb dünyaya Ukraynaya dəstəyinin azalmayacağını göstərdi.

 

Mənbə: Bbc news 

Nuray Qurbanlı