Ağır emosional vəziyyətlərlə necə başa çıxmaq olar?-Psixoloq açıqlayır

Bölmə: Sosial › ,
Tarix: 21:21 29.11.2024

İnsan sevdiyindən ayrılanda onun üçün sanki hər şey məhv olur. Həmin vaxt daxildə keçirtdiyimiz ağrılar fiziki ağrılardan daha betərdir. 

 

Mövzu ilə bağlı psixoloq Ülviyyə "informator.az"a açıqlamasında bildirib ki, dünyada baş verən çətinliklər biz insanlar üçündür:

 

"Bu problemlər bizim onları yaşamağımız və həll yollarını öyrənməyimiz üçündür. Əgər biz bu çətinlikləri, ayrılıqları normal qəbul etməyəcəyiksə biz artıq depressiv hallara düşəcəyik və bizdə özünə qapanma olacaq eyni zamanda artıq yavaş-yavaş özümüzə yadlaşacağıq. Buda müəyyən dərəcədə psixoloji problemlərə yol açacaq. Bu nöqtədə artıq insan dəli olmaq dərəcəsinə gələcək, qidadan imtina edirsə edəcək və sosial sferadan tamamilə uzaq qalacaq".

 

Psixoloq bundan qurtulmağın yollarını açıqlayıb:

 

"Əslində ayrılıq hallarını beynimizdə normal bir hal kimi qəbul etməliyik. Təbii ki, bu çox çətindir və hər kəs bunu bacara bilmir. Bacara bilənlər bu situasiyadan çıxa biləcəklər amma bacara bilməyənlərə belə şəraitdə dəstək və kömək lazımdır".

 

Sevinc Zeynalova