Təhsil stresinin gənclərə təsiri
Bölmə: Sosial › ,Tarix: 20:16 04.12.2024
Müasir dövrdə təhsil yalnız bilik əldə etmə vasitəsi deyil, həm də gənclərin psixoloji və sosial inkişafına birbaşa təsir edən əsas amillərdən biridir. İmtahan təzyiqləri, yüksək gözləntilər və rəqabət mühiti gənclərdə stress, motivasiya çatışmazlığı və bəzən özünəinam problemləri yaradır.
Bu barədə psixoloq Səbinə Bayramova "informator.az"a açıqlamasında danışıb.
O bildirib ki, həll yolları axtarmaqdan çox, bu mövzuya "gənclik problemi" kimi yanaşılır:
"Son iyirmi il ərzində ölkəmizdə və dünyada gənclik, müxtəlif tutum və davranışları ilə cəmiyyətə yadlaşmış, millətləri ciddi narahatlığa gətirən bir görünüş almışdır. Xüsusilə universitet gəncləri üzərində fokuslaşan bu vəziyyət bizi universitet gənclərinin xüsusiyyətlərinə, içində olduqları şəraitə, ehtiyac və problemlərinə həssaslıq göstərməyə məcbur edir. Universitet gəncləri üzərində aparılan tədqiqatlar onların problemlərinə yönəlməkdən çox, mövzuya 'gənclik problemi' olaraq yanaşan və universitetli gənclərin cəmiyyətdə yaratdığı suallara, onların siyasi mövqelərinə, tələbə hərəkatlarına və hadisələrə yönələn çalışmalardır. Onların psixoloji problemlərinə yönəlik tədqiqatlar isə daha azdır".
Psixoloqun sözlərinə görə, təhsil sisteminin tələbləri və dəstək sisteminin qıtlığı da gənclərin psixoloji sağlamlığına təsir edir:
"Müasir təhsil sistemində gənclərin üzləşdiyi əsas psixoloji çətinliklər arasında stress, anksiyetə, motivasiya problemləri və psixoloji sağlamlıq problemləri yer alır. Bu çətinliklərin səbəbləri müxtəlif ola bilər, amma əsas səbəblərdən biri təhsil sisteminin tələbləri və dəstək sisteminin qıtlığıdır. Gənclər təhsil sistemində kiçik müvəffəqiyyətlərə görə böyük tənqidə məruz qalır, bu da onların motivasiyasını zəiflədir. Həmçinin, dəstək sisteminin qıtlığı və təhsil prosesindəki tələblər də psixoloji sağlamlığa təsir edə bilər. Bu məsələlərin həll edilməsi üçün təhsil sistemində daha çox dəstək və motivasiya təşkilatları yaratmaq, gənclərin psixoloji sağlamlığa daha çox diqqət ayırmaq və tələbləri daha realist qəbul etmək vacibdir".
Müsahib fikrini belə yekunlaşdırıb:
"Nəticə olaraq, yeniyetməlik ilə cəmiyyət həyatında tam məsuliyyət və müstəqilliyə çatma dövrü arasındakı zaman kəsiyini əhatə edən yaşlarında universitet tələbəsi yaşadığı dövrün inkişaf və dəyişiklik xüsusiyyətləri və seçkin mövqelərinin ziddiyyətlərə olan həssaslığı artırması səbəbi ilə mühüm psixoloji problemləri olduğunu ortaya qoyur".
Nuray Qurbanlı