Dırnaq yemək vərdişinin səbəbləri NƏLƏRDİR?--Mütəxəssis AÇIQLAYIR

Bölmə: Sosial › ,
Tarix: 21:05 04.12.2024

Dırnaq yemək vərdişi həm uşaqlarda, həm də böyüklərdə rast gəlinən bir vərdişdir.

 

Dırnaq yemək vərdişindən necə qurtulmaq olar?

 

Dırnaqların yeyən insanlar gələcəkdə hansı xəstəliklərə yoluxa bilər?


Mövzu ilə bağlı ailə-uşaq psixoloqu , təlimçi Aynur İsmayılova “informator.az” a müsahibəsində bildirib ki, İstər uşaq olsun, istər böyük insan dırnağın elə-belə yemir. Bunun bir neçə səbəbi var:


“Bunlar nevroloji səbəblərdir. Eyni zamanda insanda həyacan pozuntusundan ola bilər. Barmağamıza bir şey olanda, yananda tez ağzımıza salırıq. Amma ümumən dırnaq yeməkdən əziyyət çəkən insanlar var ki, özləri hiss etmədən həyacan etdikdə, bir şeyi fikirləşdikdə və ya nəyəsə adaptasiya olmaq üçün dırnaqların yeyirlər. Həyacanlı uşaqlar , dırnaqlarının kənarlarını, ətini yeyirlər. Bu böyüklərdə də var. O uşaqlıqdan qalan özünü pis hiss etdikdə, aqressiv ailələrdə böyüyən uşaqlar sanki müdafiə mexanizmi olaraq dırnaq yemək vərdişinə yiyələniblər. Bu psixoloji problemdir. Dırnaq yemək infeksion xəstəliklərin də yaranmasına səbəb olur. Çünki dırnağın altında müxtəlif mikrobları götürəcək bir yer var. Dırnaq yeyən insanlar bunun fərqində olmadan həmin mikroblar ağız vasitəsi ilə onlara yoluxur”.

 

Kəmalə Vəliyeva