Pika sindromu
Bölmə: Sosial › ,Tarix: 22:38 05.12.2024
Pika sindromu qeyri-qida maddələrinin (torpaq, kağız, gil, sabun, boya və s.) davamlı şəkildə istehlakı ilə xarakterizə olunan bir pozuntudur. Bu sindrom, tərkibində zəhərli maddələr olan maddələrin istehlakı səbəbindən sağlamlıq üçün ciddi təhlükə yarada bilər.
Mövzu ilə bağlı həkim Adil Qeybulla "İnformator.az"a açıqlamasında bildirib ki, pika sindromu qida kalorajı olmayan və bir də qida önəmi daşımayan maddələrin qəbulu ilə bağlı olan bir xəstəlikdir:
"Bu adətən orqanizmin daxili tələbatından sonra psixi sferanın pozuntularından qaynaqlanır. Ümumiyyətlə bütün pika sindromundan əziyyət çəkən insanlarda bu və ya digər dərəcədə müəyyən pozuntular olur.
Bədəndə emoqlabin, dəmirin, senkin çatışmazlığı, bununla yanaşı mental pozuntu olur. Hətta bu pika sindromun diapozonu yəni, qəbul olunan qida kimi həmçinin qəbul edilməyən müxtəlif maddələrin çeşidi o qədər genişdir ki, bu müxtəlif fəsadlara sonradan yol açır. Məsələn, belə xəstələrdə görürsünüz ki, boyaların qəbulu, bədəndə quruluşun toplanması, ağır metalların toplanması, bağırsaqlarda tüklərin toplanması, müxtəlif infeksiyaların bədənə keçməsi ilə müxtəlif hətta ölümə gətirib çıxaran ağırlaşmalar da ola bilər. Xəstələrin çoxusunda müəyyən psixoloji pozuntular olur. Şəxsiyyətin ikiləşməsi, şizofreniya, obsessiv, kompulsiv sindrom kimi müxtəlif psixi dəyişikliklər olur. Onların bəziləri o qədər sezilməyə bilər, lakin bu qida maddələrinə qarşı belə qeyri adekvat meyllik əlbəttə, bunu dərhal büruzə verir. Hər halda mən düşünürəm ki, birinci növbədə buna psixiatr məşğul olmalıdır. Bu xəstəliyin mənşəyini araşdırmalıdır və xəstələri adekvat vəziyyətə gətirmək yolları aranmalıdır".
Kərimova Elnurə