Yeni il tətilini xaricdə, yoxsa bölgələrdə keçirmək sərfəlidir ?

Bölmə: Sosial › ,
Tarix: 11:17 06.12.2024

Quru sərhədlər açıq olsaydı, hesab olunur ki, Gürcüstanda, Rusiyada, Türkiyədə, bu tətili keçirmək Azərbaycanın daxilinə nisbətən daha ucuz başa gələ bilərdi və ya eyni xərclər müəyyənləşə bilərdi.

 

Quru sərhədlərin bağlı olması, vətəndaşların büdcəsinə necə təsir edir ? 

 

Məsələ ilə bağlı iqtisadçı Akif Nəsirli "İnformator.az"a açıqlamasında bildirib ki, çox təəssüflər olsun ki, Azərbaycanda, quru sərhədlər bağlıdır, hava yolları da, inhisardadır:

 

"Yeni il ərəfəsində, bu, ölkədən kənara uçuşlar, sərnişin daşımalar, müştərilərin çoxluğuna görə, şirkətlərdə qiymətlər qalxacaq. Hesab olunur ki, nisbətən az fərq olsa da, ölkə daxilində istirahət eləmək, ölkə daxilində tətilləri başa vurmaq iqtisadi cəhətdən vətəndaşlar üçün daha səmərəlidir və ucuz qiymətə başa gələr. Sərhədlər açıq olsaydı, Rusiya və Gürcüstanda bu, daha ucuz başa gələ bilərdi".

 

İqtisadçı sözlərində, Türkiyəyə yol uzaq olduğu üçün yola çox vaxt sərf olunduğu müəyyənləşdirildiyini qeyd edib:

 

"Nəticə də isə ölkə vətəndaşının Yeni ili özünün ölkəsində, keçirtməsi daha qənaətbaxışdır. Maddi tələbata qənaət etmək, üçün belə məsləhət olunur. Vətəndaşların büdcəsinə daha sərfəli olduğu deyilir".

 

Nigar Səmədli