Qadın sonsuzluğunun səbəbləri NƏLƏRDİR?-Mütəxəssis AÇIQLA
Bölmə: Sosial › ,Tarix: 21:56 06.12.2024
Hər qadın ana olmaq istəyir. Bu gün dünyada evli cütlüklərin əsas problemi sonsuzluqdur. Təəssüf ki, bəzi qadınlar uşaq dünyaya gətirə bilmirlər.
Sonsuzluğun qarşısı necə alına bilər?
Mövzu ilə bağlı “informator.az” a müsahibəsində ginekoloq Dr.Rəşad Sultan bildirib ki, 1 illik müntəzəm qorunmasız əlaqəyə rəğmən1 il qadın hamilə qala bilmirsə, ona sonsuzluq diaqnozu qoyulur:
“Uşaq olması üçün qadında yumurta hüceyrə yetişməlidir, müəyyən sayda kişi cinsiyyət hüceyrəsi olmalıdır. Uşağın yapışa biləcəyi cinsiyyət yolları olmalıdır”.
Ginekoloq qadın sonsuzluğunun səbəblərindən də danışıb:
“Yumurtalıqlarda ya yumurta hüceyrə yetişmir, ya onun hərəkət edəcəyi yollar bağlı olur, yəni uşaq boruları tıxalı ola bilər, ya da uşaqlıqda nəsə problem var ki, uşaq ora yapışa bilmir. Qadın sonsuzluğu növlərə bölünür. Yumurtlama , boru, uşaqlıq faktorları var. Qadın sonsuzluğu uşaqlıqda olan problem, hormonal səbəb, infeksiya ilə əlaqədar borular tıxana bilər və bunlardan yarana bilər. Qeysəriyyə sayını azaltmaqla, cinsi yolla keçən infeksiyaların qarşısını almaqla, vaxtında müalicə etməklə, zərərli vərdişlərdən uzaq durmaqla sonsuzluğun qarşısı alına bilər”.
Kəmalə Vəliyeva