Böyük Britaniya-Suriya münasibətləri hansı istiqamətdə inkişaf edəcək?-Politoloqdan ŞƏRH

Bölmə: Siyasət › ,
Tarix: 21:43 17.12.2024

 

Böyük Britaniya Suriyada hakimiyyəti ələ keçirmiş “Heyət Təhrir əş-Şam” (HTŞ) qruplaşması ilə diplomatik əlaqə yaradıb. 

 

Bu barədə politoloq Samir Hümbətov “informator.az” a müsahibəsində bildirib ki, indiki vəziyyətdə yeni Suriya hökumətinin hansısa formada ciddi bir xarici əlaqə quracağını düşünmürəm:

 

“Düzdür, Suriyanın bu əlaqəni qurmağa ehtiyacı var. Amma hələki kadr potensialını formalaşdırması lazımdır. İstər xarici siyasətdə, istər daxili siyasətdə ciddi proqmatik addımlar atılmalıdır. Böyük Britaniyanın Suriya ilə əlaqələrini başlatması, o deməkdir ki, artıq BMT təhlükəsizlik şurasının beş daimi üzvündən biri bu məsələdə mövcud Suriya hökuməti ilə əməkdaşlığa hazırdır. Böyük Britaniyanın ardından ABŞ və Fransanın da bu məsələdə mövqeyi bəlli olacaq. Burada iki əsas dövlət qalır. Yəqin ki, onlarda diplomatik danışıqlardan sonra bu prosesi həyata keçirəcəklər. Hər vəziyyətdə Suriyanın mövcud hökuməti özünün legitimliyini formalaşdırmaq məqsədi ilə bu danışıqlara qapı açacaq, əlaqələri qurmağa çalışa bilər. Amma bu əlaqələrin qurulması daxildəki vəziyyətə necə təsir eləyəcək , onu zaman göstərəcək. Ümümi olaraq, əlaqələrin qurulması birinci Suriya dövlətinə lazımdır ki, iqtisadi əlaqələri formalaşdırsın, ölkədəki humanitar böhtanı aradan qaldırsın. Böyük Britanya hökuməti də bu məsələdə o vədi verə bilər. İkinci tərəfdən Suriyanın xarici, iqtisadi əlaqələrin dərinləşdirməsi üçün potensial imkanların dəyərləndirməsini həyata keçirə bilərlər. Bu əlaqələrdə hər halda qarşılıqlı maraq özünü göstərir. Bir tərəf özünün legitimliyini, digər tərəf isə mövcud yeni hökumətdən öz istiqamətində addımların atılmasını istəyir. Hər vəziyyətdə tərəflər bir-birindən razılığa gələ bilər-bilməz artıq onu zaman göstərəcək. Mövcud hökumətin üzərində Türkiyənin təsirinin olması da onun xarici əlaqlərində Türkiyənin istiqamətləndirməsi ola biləcəyi ehtimalını da formalaşdırır”. 

 

Kəmalə Vəliyeva