"ABŞ-nin Azərbayana qarşı apardığı böhtan kampaniyası tam qərəzli və əsasızdır” -ŞƏRH

Bölmə: Siyasət › ,
Tarix: 21:03 20.12.2024

ABŞ-nin Azərbaycandakı səfirliyinin ölkəmizin daxili işlərinə qarışan və böhtan dolu bəyanatlarını sərt şəkildə qınayırıq”. 

 

Bu Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatda yer alır.

 

 

Bu barədə politoloq Tural İrfan “informator.az” a açıqlamasında bildirib ki, keçmiş Qarabağ münaqişəsinin həllində ATƏT-in Minsk qrupu heç bir müdrik addım atmadı və məsələnin həllində demək olar ki, rol oynamadı:

“Hazırda da bu səmərəsiz və lazımsız qurumun ləğv edilməsi tələbini Azərbaycan tərəfi haqlı olaraq gündəmə gətirib. Bu qurum sanki həmin ölkələrin işinə qarışmaq üçün bir alətdir. Eyni zamanda xristian təəssübkeşliyindən qaynaqlanan Qərbin anti - müsəlman siyasəti sayəsində erməni lobbisinin ABŞ - da fəaliyyətinə geniş imkanlar yaradılıb. Qarabağın azad edilməsini daxilən Fransa kimi Avropa ölkələri və ABŞ həzm edə bilmir. Çünki Ermənistan vasitəsi ilə regionda Türkiyə və Azərbaycana qarşı təxribat planlarını bu ölkə vasitəsi ilə həyata keçiriblər. ABŞ - nin ən böyük səfirliklərindən biri İrəvandakıdır. Azərbaycanın qələbədən sonra daha da güclənməsi, regionda, dünyada söz sahibi olması ABŞ - ni narahat edir. Zəngəzur məsələsinin həlli əsasən türk dövlətləri arasındakı münasibətlərin daha da yaxınlaşmasını təmin edəcəyi üçün indidən bu məsələyə qarşı süni əngəllər yaradılmağa cəhd edilib”. 

 

Politoloq qeyd edib ki , ABŞ - nin Azərbaycana qarşı apardığı böhtan kampaniyası tam qərəzli və əsassızdır:

 

“Regionda sülhə əngəl törədən bu kimi hallar yalnız Ermənistana xidmət edir”. 

 

Kəmalə Vəliyeva