Sahibkarlıq və biznes -Kiçik və orta biznesin inkişafı üçün maneələr və həll yolları

Bölmə: İqtisadiyyat › ,
Tarix: 23:33 19.12.2024

Kiçik və orta biznes (KOB) iqtisadiyyatın dayanıqlı inkişafında mühüm rol oynasa da, bu sahədə fəaliyyət göstərən sahibkarlar bir sıra problemlərlə üzləşirlər. İnfrastrukturun zəifliyi, maliyyə resurslarına məhdud çıxış, bürokratik əngəllər və qeyri-bərabər rəqabət mühiti KOB-un inkişafına ciddi maneələr yaradır.

 

Mövzu ilə bağlı Natiq Cəfərli "informator.az"a açıqlamasında bildirib ki, kiçik və orta biznesin əsas problemləri vergi, gömrük dərəcələri ilə yanaşı uzunmüddətli və aşağı faizli kreditlərə çıxış imkanlarının məhdud olmasıdır:

 

“Biznes qurmaq üçün orta müddətli planlar lazım olur, əsasən də kiçik və orta sahibkarlara bunun üçün maliyyə dəstəyi lazım olur. Bizdə isə problem odur ki, banklar biznes kreditlərini çox çətinliklə verirlər, hətta versələr belə çox yüksək faizlə və qısa müddətli verirlər, yəni bu problemlərin həlli kiçik və orta sahibkarlığa böyük dəstək olar",-deyə o, fikrini yekunlaşdırıb.

 

Aydan Quliyeva