Ağdam, Füzuli Və Xocavənd Rayonlarıda Bərpa,Tikinti Və İdarəetmə Xidməti Publik Hüquqi Şəxsi Ağdam rayonunda F-2 yaşayış məhəlləsi üzrə energetika təsərrüfatı obyektləri, sahədaxili su, kanalizasiya, elektrik təchizatı, xarici işıqlandırma, yol və səkilərin abadlaşdırılmasına 9 milyon 675 min 661 manat vəsait xərcləyəcək.


"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, qurum bunun üçün tender elan edib və podratçı axtarışındadır.


Qeyd edək ki, təkliflərin son təqdimolumna tarixi avqustun 6-dır. Zərflərin də həmin gün açılması nəzərdə tutulur.