“Son vaxtlar olan dəyişikliklər, ancaq sənəddədir”
Bölmə: Sosial › ,Tarix: 21:10 23.12.2024
Elm və Təhsil Nazirliyi valideynini itirmiş uşaqların sosial müdafiəsi ilə bağlı dəyişiklikləri açıqlayıb.
Mövzu ilə bağlı sosioloq Əhməd Rəhmanov “informator.az”a açıqlamasında son vaxtlar olan dəyişikliklərin təəssüf hissi ilə ancaq sənəd üzərində olduğunu qeyd edib:
“Bundan əvvəl də uşaq evlərinin məzunları uşaq evini tərk edəndə və uzun müddət orada oxuyandan sonra onlara ilk iş yerlərində ilk əmək haqlarının 5 misli verilməli idi. Həmin o uşaqlar evlə təmin olunmalıdırlar. Ancaq o uşaqların çoxu nə həmin o pulu ala biliblər, nə də o evə sahib ola biliblər. Bundan əlavə, bu mövzunun müxtəlif vaxtlarda fərqli nazirliklərə həvalə olunması da bu işə olan məsuliyyətsizlikdən qaynaqlanır".
Ləman Ağayeva