Uşaqların kosmetik vasitələrdən istifadəsi hansı fəsadlara yol aça bilər?
Bölmə: Sosial › ,Tarix: 22:00 06.01.2025
Son zamanlar uşaq kosmetikalarının satışı geniş yayılıb. Hətta bəzi valideynlər övladlarına bu cür vasitələri alaraq istifadə etmələrinə şərait yaradırlar.
Bəs bu vasitələr uşağın dəri sağlamlığına necə təsir göstərə bilər?
Məsələ ilə bağlı "informator.az"a danışan həkim dermotoloq Tünzalə Feyziyeva bildirib ki, mən uşaq yaşlardan kosmetika istifadəsinə qarşıyam:
" Uşaqların dərisi çox həssas olduğu üçün bu cür vasitələr onlara çox pis təsir göstərə bilər. Hətta şənliklərdə, bayramlarda uşaqların üzlərinə çəkilən vasitələrdən belə uşaqlarda allergik kontakt dermatid, atopik dermatid xəstəliklər yaranır və bu cür pasiyentlərin valideyinləri bizə müraciət edirlər".
Dermatoloqun sözlərinə görə, bunun qarşısını almaq üçün ilk növbədə, bu vasitələrdən istifadəni dayandırmaq lazımdır:
" Və bir dermotoloq müalicəsi almaq lazımdır. Azyaşlıları bu cür kosmetik vasitələrdən uzaq tutmaq lazımdır. Uşaq yaşlardan bunun istifadəsi düzgün deyil. Yetkinlik yaşını keçdikdən sonra orijinal, dəri tipinə uyğun vasitələrin istifadəsi məsləhət görülür".
Mehriban Nəsibova