"Qazlı içkilərin çox istifadəsi dişlərin çürüməsinə səbəb ola bilər"-Stamatoloq Rəyi
Bölmə: Sosial › ,Tarix: 18:46 07.01.2025
Qazlı içkilər, diş sağlamlığına mənfi təsir göstərə biləcək bir neçə amil ilə əlaqəlidir. Bu içkilər, tərkibindəki şəkər, turşu və karbon dioksid səbəbindən dişlərdə müxtəlif problemlərə yol aça bilər.
Məsələylə bağlı stamatoloq Mətləb Ələsov "informator.az" a açıqlamasında qazlı içkilərin həddindən artıq istifadəsinin diş sağlamlığına mənfi fəsadlar açdığını bildirib:
"Normadan artıq qazlı içkilərin istifadəsi ağız boşluğunda olan bəzi problemləri görünə biləcək səviyyəyə qaldırır. İçkilər - qazlı, qazsız, spirtli ,spirtsiz, sitrus meyvələrindən və.s fərqi olmayaraq, tərkiblərində mövcud olan karbon dioksidin, şəkərin , qida əlavələrinin və dadlandırıcıların uzun müddətdə istifadəsi dişlərə ağır zərər verir. Karioz boşluğu olan dişlərdə qida qalıqları ağız boşluqlarına yığılır və toplanılır. Bu zaman tükətilmiş içkilərin içindəki turşuların həmin boşluqlara yığılması diş sağlamlığını zədələyir. Diş sağlamlığı zəif olan insanlar qazlı içkilər tükətdiyi zaman onların dişlərində çürümə və ərplənmə hallarına rast gəlinir.
Müsahibimizin sözlərinə görə, alkoqol, spirtli içkilərin istifadəsi ən çox diş ətlərinə mənfi təsir göstərir:
" Diş ətləri mikro damarcıq olan kapilyarla qanlanır və spirtli içkilər həmin damarın fiziologiyasını pozduğuna görə diş ətlərində xəstəliklər yaradır. Hətta dişlərin vaxtından tez itirilməsinə səbəb olur.
Diş sağlamlığımızı qorumaq istəyiriksə, ilk olaraq diş gigiyenasına ciddi şəkildə əməl etməliyik. Dişlərimizin sağlamlığı üçün lifli qidalardan, tərkibində qlüten və şəkər olan qidalardan istifadə etməməyimiz lazımdır".
Məryəm Zaliyeva