Miçotakis, Parlament Sədri namizədi-Konstantinos Tasulas

Bölmə: Dünya › ,
Tarix: 21:13 15.01.2025

Yunanıstanın Baş naziri Kiryakos Miçotakis, Parlament Sədri Konstantinos Tasulası prezident seçkiləri üçün namizəd göstərib. Parlament Sədri Tasulas isə prezident seçkilərinin yanvarın 25-də keçiriləcəyini elan edib.

 

Miçotakis, Yunan Dövlət Televiziyası ERT-də seçkilərlə bağlı xalqa etdiyi müraciətində, mart ayında müddəti bitəcək Prezident Katerina Sakellaropoulunun yerinə gələcək namizədin müəyyənləşməsi prosesindən danışıb. O, Yunanıstanda prezidentin icra səlahiyyətlərinin məhdud olmasına baxmayaraq, milli birlik üçün simvolik əhəmiyyət daşıdığına diqqət çəkərək deyib ki, prezidentin birləşdirici funksiyasını nəzərə alaraq, yalnız bir dəfə və 6 illik müddət üçün seçilməsinin vacib olduğuna inanıram. Bu yolla vəzifədə qalması ilə bağlı müzakirələr və qarşıdurmaların qarşısı alınacaqdır.

 

Prezidentin səlahiyyət müddəti ilə bağlı təkliflərini konstitusiya dəyişikliyi çərçivəsində Parlamentə təqdim edəcəklərini bildirən Miçotakis bildirib ki, yeni Demokratiya Partiyasının növbəti prezident namizədinin hazırkı Parlament Sədri Konstantinos Tasulas olduğunu açıqlayıram.

 

Miçotakis Tasulasın 3 dəfə Parlament Sədri seçildiyini və bu günə qədər ən geniş dəstəklə seçilən Parlament Sədri olduğunu vurğulayıb. O, Tasulasın birləşdirici bir şəxsiyyətə sahib olduğunu deyib.

 

Qərarını Prezident Sakellaropoulouya da çatdırdığını qeyd edən Miçotakis deyib ki, qarşıdakı dövrdə və bu qədər çalxantılı bir beynəlxalq mühitdə, ölkəmizin ictimai həyatda uzun illər təcrübəyə malik olan və xüsusi siyasi keyfiyyətlərə sahib bir prezidentə ehtiyacı var.

 

Qərarın elan edilməsinin dərhal ardından ERT-nin canlı yayımında iştirak edən müxalifət partiyası Panhelenik Sosialist Hərəkatının (PASOK) sözçüsü Kostas Çukalas isə partiyasının Tasulası dəstəkləməyəcəyini və fərqli bir namizəd irəli sürəcəyini açıqlayıb. Çukalas Miçotakisin bu qərarı ilə, illərdir davam edən iqtidar partiyasının öz partiyasından olmayan bir namizəd göstərmə ənənəsini pozduğunu ifadə edib.


Mənbə:Hürriyet
Xanım Ağamalıyeva