Kenan Yıldızı istəyən klub sərvət ödəyəcək!
Bölmə: İdman › ,Tarix: 22:28 04.02.2025
Türkiyə A Milli Komandasının və Juventusun uğurlu futbolçularından Kenan Yıldız, İtaliya Serie A-da göstərdiyi performansla diqqət çəkməyə davam edir.
Bu mövsüm “Juventus" forması ilə 33 rəsmi matçda 6 qol və 5 assist edən 19 yaşlı milli ulduz, Avropa futbolunun yüksələn dəyərlərindən birinə çevrilib.
Corriere Dello Sportun xəbərinə görə, 2029-cu ilə qədər Juventusla müqaviləsi olan Kenan üçün müəyyən edilən transfer məbləği 100 milyon avrodur.
İngiltərə Premyer Liqasından bir çox klubun onunla maraqlandığı bildirilir. “Juventus”, 100 milyon avrodan aşağı təklifləri dəyərləndirməyəcək.
Mənbə: beinsports
Aytac Mustafayeva