Neymar, doğma klubu “Santos” ilə ilk matçına çıxdı!
Bölmə: İdman › ,Tarix: 18:42 06.02.2025
Futbol dünyasının ən istedadlı oyunçularından biri hesab olunan 33 yaşlı braziliyalı Neymar, zədələrlə keçən bir ildən artıq fasilədən sonra vətənində futbol karyerasına başladığı “Santos” forması ilə meydana qayıtdı.
İKİNCİ HİSSƏDƏ OYUNA DAXİL OLDU
Səudiyyə Ərəbistanı təmsilçisi “Al Hilal”-dan ayrılaraq 12 il sonra futbolun təməlini qoyduğu “Santos”-a dönən 33 yaşlı oyunçu, doğma meydanda “Botafogo” ilə keçirilən matçın ikinci hissəsində meydana çıxdı.
Matçın ilk hissəsini 38-ci dəqiqədə Tiquinho Soares-in penalti qolu ilə 1:0 öndə tamamlayan “Santos”, 67-ci dəqiqədə Alexandre Jesus-un qoluna mane ola bilmədi və görüş 1:1 hesabı ilə başa çatdı.
ZƏDƏLƏR KABUSA ÇEVRİLDİ
Neymar, İspaniyanın “Barcelona” və Fransanın “Paris Saint-Germain” klublarında çıxış etdikdən sonra 2023-cü ilin avqustunda Səudiyyə Ərəbistanının “Al Hilal” komandasına transfer olub.
Rekord məbləğdə transfer və yüksək maaş müqabilində “Al Hilal”a imza atan Neymar, 2023-cü ilin oktyabrında milli komandada oynayarkən çapraz bağ və menisküs zədəsi alaraq bir il müddətində meydana çıxa bilmədi. Braziliyalı futbolçu, uğursuz keçən “Al Hilal” karyerasında cəmi 7 oyuna çıxaraq 1 qol və 3 assistlə yadda qaldı.
Mənbə: beinsports
Aytac Mustafayeva